Görkəmli alim, professor Rafiq Əliyevin iki gün öncə
Moderator.az-da getmiş müsahibəsində səsləndirlən bəzi fikirlərə keçmiş maliyyə naziri Saleh Məmmədov öz münasibətini bildirib.
Rafiq müəlimsə Moderator.az-la əlaqə saxlayaraq Saleh Məmmədova bu müzakirələrə qoşulduğu üçün öz minnətdarlığını bildirib:
"Əvvəla, mən sayılıb-seçilən iqtisadçı, gözəl alim Saleh müəllimə bu yazısı ilə müzakirələrə qoşulduğu üçün minnətdarlığımı bildirirəm. Onun bu yazısı haqqında mənim qiymətim belədir ki, çox dərin, məzmunlu, hədəfə vuran bir yazıdır. Özü də bu əsl yüksək səviyyəli iqtisadçı alimin yazısıdır. Çox sevinmək lazımdır ki, birincisi, ölkəmizdə bu cür alimlər, mütəxəssislər var. İkincisi, elə Saleh müəllimin axırıncı cümləsindən başlamaq istəyirəm. O yazır ki, bu məsələlərin hamısının ümummilli müzakirələrə ehtiyacı var. Yəni o sizin saytınızda gedən sonuncu söhbətimizdə qaldırılan məsələlərin müzakirəsinə ehtiyac olduğunu deyir. Tamamilə düz deyir. Digər tərəfdən, qeyd etmək lazımdır ki, Saleh müəllimin qaldırdığı məsələlər çox dərin və hərtərəflidir və bizim yazımızı daha da dolğunlaşdıran, ona dərin məzmun verən bir yazıdır. Mən bir daha ona öz minnətdarlığımı bildirirəm."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.