“Azərbaycanın əsl alimlərinin elmi potensialını qorumaq lazımdır, onların maaşı artırılmalıdır”.
Bunu
Moderator.az-a açıqlamasında sabiq təhsil naziri, görkəmli ziyalı Firudin Cəlilov
bildirib. F.Cəlilovun sözlərinə görə, elmə ayrılan vəsaitlərin artırılmasına
ehtiyac olsa da, öncə bu sektordan müftəxorları
uzaqlaşdırmaq, ayrılacaq vəsaitlərin havaya sovrulmasının qarşısını almaq
lazımdır:
“Eyni
zamanda, minlərlə havayı yeyən, heç bir elmi dəyəri olmayanları bu sahədən
uzaqlaşdırmaq lazımdır. Bundan sonra elmə ayrılan pulun miqdarı haqqında danışmaq
olar. İndi nə qədər artsa da, havaya sovrulacaq”.
Seymur
Əliyev

































































































