Keçmiş polis rəisi Ramil Usubovun əmrinə haqq qazandırdı...

Keçmiş polis rəisi Ramil Usubovun əmrinə haqq qazandırdı...

Hazırda oxunan: Keçmiş polis rəisi Ramil Usubovun əmrinə haqq qazandırdı...

55988
İki gün öncə daxili işlər naziri Ramil Usubovun əmri ilə VHP sədri, deputat Sabir Rüstəmxanlının Ağcabədi rayon Polis Şöbəsi dövlət yol polisi bölməsi rəisi işləyən qardaşı Dilavər Rüstəmxanlını işdən çıxarmasına digər qardaşı Əlövsət Əliyev olduqca təmkinli reaksiya verib.

Moderator.az-a açıqlamasında "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin rəhbəri və keçmiş plois rəisi olan, xeyli vaxtdır Almaniyada yaşayan Əlövsət Əliyev bildirib ki, nazirin bu əmrini siyasiləşdirməyə dəyməz:

"Onu sərəncama götürüblər. Yəqin ki, başqa işə təyin edəcəklər. Bu DİN-də daim davam edən prosesdir.Yəni məncə bu cür işlər siyasiləşdirilməli deyil.

"Bunu Siz qardaşlara qarşı təzyiq elementi kimi qəbul etmirsiniz ki" sualına da Ə. Əliyev "Yox, qətiyyən" cavabını verdi:

"Bu, daxili işlər nazirinin müstəsna səlahiyyətidir. Qardaşım da həmişəlik bölmə rəisi işləməli deyil. Ola bilsin ki, daha yüksək vəzifəyə təyin edəcəklər. O özü də Agcabədidə işləməkdən yorulmuşdu və bu əmr bəlkə də onun da ürəyincədir."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO