Moderator.az xəbər verir ki, bu gün Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin azadlıqdakı son günü ola bilər. Belə ki, E.Quliyevin saytımıza verdiyi məlumata görə, bu gün saat 17:30 radələrində Nəsimi Rayon Məhkəməsində həbs qəti imkan tədbiri ilə bağlı növbədənkənar məhkəmə prosesi keçiriləcək:
“Hazırda mən də, vəkilim
də çaşqınlıq içindəyik. Məhkəmə linqivistik ekspertizasının nəticəsini gözləmədən
qəfildən belə bir addımın atılması bizim üçün gözlənilməz və anlaşılmazdır. Hər
şey bugünkü məhkəmə prosesində aydınlaşacaq. Ola bilsin ki, elə bu gün barəmdə
həbs qərarı çıxarılsın”.


































































































