Məcburi köçkün və çətinlik içində yaşayan sakinlər ilə yaxından maraqlanan millət vəkili Qənirə Paşayeva ermənilərlə ön cəbhədə yerləşən Ağdam kəndinə yollanıb.
ANS PRESS-in məlumatına görə, orada yaşayan ailələrlə görüşən Q.Paşayeva bu barədə Facebook səhifəsində xəbər paylaşıb. Sakinlər ilə bir-bir şəkil çəkdirən Q.Paşayeva maraqll fikirlərini bölüşüb:
“Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində gənc nəsillərimizi yetişdirən dəyərli müəllimlərimizdən Zamin müəllimi və həyat yoldaşı Nuriyyə xanımı ziyarət etdik. Maraqlı fikir mübadiləsi apardıq. Allah bütün yaxşı müəllimlərimizi, özəlliklə ön cəbhədəki gənc nəsillərimizi yetişdirənləri qorusun, onlara cansağlığı, xoşbəxtlik və uğurlar bəxş etsin. Eyni zamanda Aynurə xanımı və ailəsini ziyarət etdik. Bizi çox dadlı yuxaya qonaq etdilər. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm”. Q.Paşayeva məktəblilərlə də görüşərək, onların dərsləri ilə maraqlanıb".
Millət vəkilinə Ağdamda yuxa qonaqlığı veriblər. Sözügedən fotolarını sizə təqdim edirik:








































































































