Mili Məclisin son iclasında millət vəkili Siyavuş Novruzov Azərbaycan hakimləri ilə bağlı maraqlı təkliflə çıxış edib. Millət vəkili bildirib ki, insan haqlarının pozulması ilə bağlı Avropa Məhkəməsinin tətbiq etdiyi cərimələr Azərbaycan dövləti tərəfindən deyil, yanlış qərarlar çıxardan savadsız hakimlər tərəfindən ödənilməlidir. S.Novruovun fikrincə, bu, ədalətin təntənəsi baxımından daha düzgün olar.
Bununla bağlı Moderator.az-a açıqlama verən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı S.Novruzovun təklifini dəstəklədiyini bildirib:
“S.Novruzov düz deyir. Özü də bu pul hakimlərin əmək haqqından tutulsa lap əla olar. Onda hakim də biləcək ki, sifarişlə işləmək nə deməkdir”.
Seymur Əliyev




























































































