Zərdüşt Əlizadə Qüdrət Həsənquliyevlə razı deyil

Zərdüşt Əlizadə Qüdrət Həsənquliyevlə razı deyil

Hazırda oxunan: Zərdüşt Əlizadə Qüdrət Həsənquliyevlə razı deyil

48301

“Mən Qüdrət Həsənquliyevin “Azərbaycan yalnız Dağlıq Qarabağ naminə Gömrük İttifaqına üzv ola bilər bu fikri ilə razı deyiləm". Bunu Moderator.az açıqlamasında  politoloq Zərdüşt Əlizadə bildirib. Ekspertin sözlərinə görə, Rusiya Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına heç vaxt razı olmaz:

“Biz də Dağlıq Qarabağın Ermənistana verilməsinə heç vaxt razı olmarıq. Bu mövcud vəziyyətin qarmağını isə Rusiya əlində saxlayıb. Ona görə də hansı birliyə, hansı ittifaqqa üzvlükdən asılı olmayaraq Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyəcək”.

Zərdüşt Əlizadə eyni zamanda Qüdrət Həsənquliyevin “Qərbin münaqişənin həlli üçün təklif etdiyi referendum yolu Dağlıq Qarabağı açıq-aşkar ermənilərə verməkdir” kimi fikri ilə tam razı olduğunu da bildirdi:

“Bu ifadə ilə tamamilə razıyam. Bilərəkdən, ya istəməyərəkdən Qərb bu cür addımlarla dedikləri, yalnız icra etmədiklərinin altından çıxmağa çalışır. Bu isə Dağlıq Qarabağı geri qaytarmağa kömək etməyəcək, əksinə daha da vəziyyəti gərginləşdirə bilər”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO