Daxili Qoşunların zabit və gizir heyətinin mənzil təminatı yaxşılaşır

Daxili Qoşunların zabit və gizir heyətinin mənzil təminatı yaxşılaşır

Hazırda oxunan: Daxili Qoşunların zabit və gizir heyətinin mənzil təminatı yaxşılaşır

46966


Moderator.az xəbər verir ki, mayın 28-də - Respublika Günü Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Nərimanov rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş yaşayış kompleksinin istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib.

Tədbirdə respublikanın daxili  işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.

 Əvvəlcə daxili işlər nazirinin qarşılanması olmuş, nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport vermişdir.

 Sonra general-mayor Şahin Məmmədov  çıxış edərək yeni kompleksin açılışının Daxili Qoşunların həyatında əlamətdar günlərdən biri, bunun Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara xüsusi diqqət və qayğısının nəticəsi kimi qiymətləndirmiş,  hərbi qulluqçular adından ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.

Qeyd olunmuşdur ki, inşasına 2011-ci ilin oktyabr ayında başlanmış 12 mərtəbəli yeni kompleksin uşaq bağçası da daxil olmaqla, ümumi sahəsi 9500 kvadratmetrdir. Binada ümumilikdə 102 mənzil var və onların hər biri zəruri avadanlıqlarla təchiz edilmişdir.

 Daha sonra daxili işlər naziri Ramil Usubov çıxış edərək tədbir iştirakçılarına ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin salamlarını və təbriklərini çatdırmış, yeni mənzillərin sahiblərini və ailə üzvlərini təbrik etmiş, onlara xoşbəxtlik, cansağlığı və uğurlar arzulamışdır.

O, zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını vurğulamışdır. Nazir demişdir ki, son illər Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarca obyekt, hərbi şəhərciklər, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri və s. tikilərək istifadəyə verilmişdir. Bildirilmişdir ki, yüksək səviyyədə inşa olunan yeni yaşayış kompleksinin, həmçinin uşaq bağçasının istifadəyə verilməsi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daxili Qoşunlara göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir.

Nazir kompleksin rəmzi açılışını bildirən lenti kəsmiş, buradakı uşaq bağçasında körpələr üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, eyni zamanda,  hərbi qulluqçulara verilən mənzillərə baxmışdır.

Daxili Qoşunların yeni tikilidə mənzillə təmin olunan  zabit və gizirləri, onların ailə üzvləri  göstərilən ali diqqət və qayğıya, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildirib. 

                                                                                                                                    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO