Silahdaşları Elçibəy haqqında danışmaqdan boyun qaçırdı

Silahdaşları Elçibəy haqqında danışmaqdan boyun qaçırdı

Hazırda oxunan: Silahdaşları Elçibəy haqqında danışmaqdan boyun qaçırdı

46411

Vəhdət Partiyasının sədri Tahir Kərimli saytımıza açıqlamasında Əbülfəz Elçibəylə bağlı maraqlı fikirlər səsləndirib. Partiya sədri bildirib ki, Ə.Elçibəy Heydər Əliyevi hakimiyyətə dəvət edən zaman ətrafındakı insanların heç biri ilə məsləhətləşməyib, habelə öz çevrəsini özünün hakimiyyətə gətirdiyi iqtidara qarşı kökləyib.

Bununla bağlı Moderator.az-ın sualını cavablandıran millət vəkili Fərəc Quliyev bu barədə danışmaq istəmədiyini bildirib. Millət vəkili bu qərarını adıçəkilən şəxslərin həyatda olmaması ilə izah edib:

“Bu gün nə Ə.Elçibəy, nə də H.Əliyev həyatda yoxdur. Buna görə də bu barədə danışmaq istəmirəm”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də bu barədə danışmağa lüzum görmədiyini vurğuladı:

“Zənnimcə, bu məsələ son günlər süni şəkildə gündəmə gətirilməkdədir. Doğrusu, bu barədə danışmağa lüzum görmürəm. Bununla bağlı “525”-ci qəzetdə vaxtiylə böyük bir məqaləm olub və maraqlananlar həmin məqalə ilə tanış ola bilərlər”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO