Kəlbəcər Təhsil Şöbəsinin sabiq müdirinə cinayət işi açıldı

Kəlbəcər Təhsil Şöbəsinin sabiq müdirinə cinayət işi açıldı

Hazırda oxunan: Kəlbəcər Təhsil Şöbəsinin sabiq müdirinə cinayət işi açıldı

44047
Kəlbəcər rayon Təhsil Şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovun cinayət məsuliyyətinə cəlb edilməsi barəsində Moderator.az-a etibarlı mənbədən məlumat daxil olub. Mənbə bildirir ki, 04.04.2014-cü il tarixdə Baş Prokuorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsində sabiq müdir barəsində Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəsilinə aid olan Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə cinayət işi açılıb, yəni vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb edilib. Hal-hazırda Korrupsiya qarşı Mübarizə İdarəsinin İstintaq Şöbəsi Məhəmməd Bağırovun barəsində Cinayət-Prosessual Məcələsinin 169.3-cü maddəsi ilə polisin nəzarəti altına vermə qismində qətimkan tədbirinin seçilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarı icra edilməsi üçün şübhəli və ya təqsirləndirilən şəxsin yaşayış yeri üzrə polis orqanına göndərilib.Həmin maddəyə görə  üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə  üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Kəlbəcər Təhsil Şöbəsinin sabiq müdiri M.Bağırov təkcə 2011-2012-ci ilin tədris ilində  büdcədən 560 min manatı mənimsəməklə israfçılığa yol verib. Kəlbəcər İcra hakimiyyətinin təşkil etdiyi yoxlama nəticəsində  Təhsil Şöbəsinin anbarında da 2011, 2012, 2013-cü illər əırzində büdcə vəsaiti hesabına alınmış inventar avadanlıqların nazirlik, idarə, təşkilat və digər şirkətlər tərəfindən verilmiş inventar və avadanlıqların alınması və məktəblərə paylanması vəziyyətinə dair 26.05.2013-cü il tarixli arayışa əsasən anbarda aparılan yoxlama zamanı komissiya göstərilən illər ərzində anbardar Mehdiyev Elburus Aydın oğlunun 127662 manat 72 qəpik dəyərində inventar çatışmazlığı aşkar edilib. Bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılan Kəlbəcər rayon təshil şöbəsinin müdiri Məhəmməd Bağırovun fəaliyyətinə dair irihəcmli korrupsiya cinayətləri, saxta diplomlar və digər qanunsuzluqlar üzə çıxması barəsində araşdırmaçı jurnalist Ərşad İbrahimov Korrupsiya Qarşı Mübarizə İdarəsinə, eləcə də Təhsil Nazirliyinə araşdırma təqdim etməsi barəsində də bir müddət öncə saytımızda məlumat vermişdik.
 Hal-hazırda Korrupsiya Qarşı Mübarizə İdarəsində Kəlbəcər Təhsil Şöbəsində baş verən iriçaplı korrupsiya və digər qanunsuzluqlarla bağlı qaldırılmış cinayət işinin istintaqı davam edir. Biz inanırıq ki, Baş Prokurorluq yanında Korrupsiya Qarşı Mübarizə İdarəsi 20 ildir ərazisi işğal olunmuş rayonun təhsil idarəsində xərçəng kimi kök salmış sabiq müdir Məhəmməd Bağırovun bir çox cinayətlərinin üstünü açacaq...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO