“Borçalı” İctimai Birliyi bəyanat yaydı

“Borçalı” İctimai Birliyi bəyanat yaydı

Hazırda oxunan: “Borçalı” İctimai Birliyi bəyanat yaydı

43330
"Borçalı" İctimai Birliyinin mətbuat xidmətindən Moderator.az-a qurumun Krımdakı qondarma referendumla bağlı etiraz bəyanatı daxil olub. Bəyanatda deyilir:

"Ukraynada Maydan inqilabının nəticəsi olaraq Ukrayna xalqının iradəsinə uyğun olaraq baş verən sonuclar dünyanın tərəqqipərvər qüvvələri tərəfindən dəstəkləndiyi halda, Rusiya öz imperiya ambisiyalarını yenidən qabardaraq Ukraynaya hərbi-siyasi təcavüz etdi. 
Rusiya siyasi hakimiyyəti demokratik dünyanın prinsiplərinə zidd olaraq  etnik separatçılığı körüklədi və onun dəstəyi ilə Ukraynanın bir hissəsi olan Krımı işğal edərək qondarma referendumla onu Rusiyanın tərkibinə daxil elədi.  Bununla Rusiya demikratik dəyərlərdən uzaq olduğunu, bəşəriyyətin sülh şəraitində yaşamasına əsas maneə olduğunu bir daha sübut etmiş oldu. Eyni zamanda əsas destruktiv silahının məhz etnik separatçılıq olduğunu bir daha sivil bəşəriyyətə nümayiş etdirdi. 
“Borçalıl” Birliyi baş verənləri Rusiya tərəfindən postsovet məkanında demokratiyaya qarşı vəhşi dirəniş hesab etməklə,  Krımda keçirilən referendumu qanunsuz hesab edir, Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir,  Rusiyanın mövcud rejimini əksər postsovet ölkələri, o cümlədən Azərbaycan və Gürcüstanın da suveren hüquqlarına ciddi təhdid mənbəyi kimi qəbil etməklə,  Beynəlxalq ictimaiyyət və Azərbycan və Gürcüstan ictimai-siyai elitasını gözlənilən təhlükələri dəf etmək üçün səylərini birləşdirməyə çağırır."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO