ABŞ Rusiya ilə sərhədi olan Polşada hərbi təlimlərə start verib.
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ABŞ-ın F-16 hərbi təyyarələri ilə yanaşı , 300 amerikalı əsgər də təlimdə iştirak edəcək.
Hərbi ekspertlər artıq bunun müharibə ehtimalı olduğunu bildiriblər.


































































































