ADP sədri S. Cəlaloğlu Ukraynadakı son durumla əlaqədar mətbuata açıqlama verib. Açıqlamda deyilir.
“Ukrayna hadisələri olduğqca təəhkükəli mərhələyə
daxil olub. Soçi qış olimpiadası gedişində
Ukraynadakı hadisələrə loyal münasib göstərən Rusiyanın olimpiadadan dərhal
sonra aqressivlik nümayiş etdirəcəyi gözlənilən idi. Bunu həm də Rusiyanın
Gürcüstanla bağlı bir neçə il əvvəl yürütdüyü təcavüzkar və işğalçılıq siyasəti
təsdiq edirdi. Gürcüstandan fərqli olaraq Ukrayna ilə anoloji davranış təkcə
bölgədə deyil, bütövlükdə dünyada sülhü və təhlükəsizliyi ciddi təhdid edir.
Beynəlxalq ictimaiyyət bütün təsirli və
önləyici vasitələrdəın istifadə edərək Rusiya aqressiyasının qarşısını almasa
bu proseslər təkcə Ukraynada yox, həm də Rusiyada uzun müddətli stabilliyin
pozulacağına gətirib çıxara bilər.
Rusiyanın Ukrayna siyasəti eyni zamanda
keçmiş postsovet məkanında olduqca ciddi və təhlükəli meyllərin- seperatizmin,
terrorizmin, işğalçılığın baş qaldırmasına gətirib çıxara bilər. Dünyanın bütün
demokratik ictimaiyyəti Ukrayna xalqının yanında olımal, ona dəstək verməli və
Ukrayna xalqının azad seçiminə hormətlə yanaşmalıdır. Əks halda bölgə güclərinin
beynəlxalq hüquqla istədikləri kimi davranması dünya nizanını təhdid edən təhlükəli
meyllərə yol aça bilər”.




























































































