“Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin cinayət işi üzrə məhkəmə prosesinə sədrlik edəcək hakimin adı məlum olub.
Sözügedən cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimova verilib. İş üzrə hazırlıq iclasının vaxtı 27.02.2014-cü ilə təyin edilib. Hal-hazırda MTN-nin İstintaq təciridxanasında saxlanılan jurnalist Pərviz Həşimlinin atası Kamran Həşimov Moderator.az vasitəsi ilə Prezidentə müraciət edib. Müraciətin mətnini təqdim edirik:
“ Hörmətli Prezident!
Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına və təmin edilməsinə yönəlmiş xeyli sayda qanunlar və başqa normativ aktlar qəbul edilmiş, dövlət mexanizmində insan hüquqlarını daha etibarlı mühafizə etmək üçün nəzərdə tutulmuş bir sıra təsisatlar yaradılmışdır.İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 10-cu maddəsinə əsasən hər bir insan öz hüquq və vəzifələrinin bərqərar olması, ona qarşı irəli sürülən cinayət ittihamının əsassızlığının müəyyən edilməsi üçün onun işinə tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblərinə riayət olunmaqla, müstəqil, qərəzsiz məhkəmədə baxılması hüququna malikdir. Azərbaycan Respublikasının məhkəmələri istər mülki, istərsə də cinayət məhkəmə icraatı qaydasında ədalət mühakiməsini həyata keçirdikdə müvafiq prosessual hüquq normalarına, o cümlədən etirazlar barədə normalara əsasən əməl etməlidirlər. Lakin hakimə (məhkəmə tərkibinə) etirazların əsassız təmin edilməsi, buna görə işin bir məhkəmədən alınıb başqa məhkəməyə verilməsi, həmin səbəblərdən mülki və cinayət işlərinə baxılması müddətinin xeyli uzanması halları da az deyildir. Həmin hallar cinayət və mülki işlər üzrə ədalət mühakiməsinin obyektiv və qərəzsiz həyata keçirilməsinə mane olur, maraqlı şəxslərin məhkəmələrin fəaliyyətindən narazı qalması ilə nəticələnir. Bu sahədə nöqsanları aradan qaldırmaq,hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqində vahid məhkəmə təcrübəsini formalaşdırmaq məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun qərasrı vardır.Məlumat üçün onuda xatırlamaq istəyirəm ki, oğlum Pərviz Həşimov qurama ittihamlarla 5 aydır ki, MTN ”“nin istintaq təciridxanasında saxlanılır.Dəflərlə mətubat vasitəsi ilə Sizə çox saylı müraciətlərim olub ki, adı çəkilən cinayət işi alınıb Prokurorluqda aparılsın amma heçbir nəticəsi olmayıb.Hal-hazırda sözügedən cinayət işi yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimova verilib.Adı çəkilən hakim əvvəllər MTN-nin müstəntiqi olub.Adı çəkilən hakimin qərəzli mövqeyi indidən özünü göstərib.Belə ki, Pərviz Həşimlinin vəkili Elçin Sadıqovla görüşünə icazə verilməyib. Onun üçündə jurnalist Pərviz Həşimovla bağlı olan cinayət işi üzrə ibtidai istintaq ədalətli aparıla bilməz.Həmçinin İbtidai istintaqa sədrlik edən Novruz Kərimovun MTN-də bu işə birbaşa marağı olan şəxslərlə qohumluq əlaqələri olduğundan Azərbaycan Respublikası CPM-nin 7.0.32 və 7.0.33-cü maddələrinə əsasən işə baxan şəxslər məhkəmənin tərkibinə daxil ola bilməzlər. Hakimin mülki işdə iştirak edən şəxslərlə və yaxud onların nümayəndələri ilə, cinayət işində isə ittiham və ya müdafiə tərəfdən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə onların nümayəndələri ilə qohumluq əlaqəsində olması ona etiraz edilməsi üçün əsasdır.Onun üçündə Sizdən Pərviz Həşimovun işinin Bakı Ağır Cinayətlər Məhkəməsindən alınıb ətraf rayonlarda olan Məhkəmələrdən birinə verilməsinə göstəriş verəsiniz”!
Hörmətlə, Kamran Həşimov






























































































