Moderator.az xalq şairi Məmməd Arazın adının əbədiləşdirlməsi "qayğı"sına qalan cənabların "vətənsevərliyi"nin şahidi olub. Belə ki, qədirbilən oxucumuz bütün yaradıcılığında uşaqdan böyüyə hər kəsə yurdsevərliyi, vətənsevərliyi təbliğ edən, "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim" deyən ölməz şairimizin adına verilən küçənin uzunluğunun nə qədər olduğunu bilsəydi, səlahiyyət sahiblərinin qabırğasına deyilməmiş söz qalmazdı.
Amma görünür, çoxlarının xəbəri olmadığına görə paytaxtın Nəsimi rayonu ərazisində, konkret olaraq Mətbuat Şurasının ofisi yerləşən uzunluğu cəmisi 146 addım olan bir küçəyə Məmməd Araz kimi bir görkəmli, adı hər yerdə böyük hərflərlə yazılmağa haqq edən xalqın qürur mənbəyinə qarşı o cür saymazyana davranılıb. Bununla onlar təkcə Məmməd Arazı deyil, bütün milləti təhqir ediblər. Zalım uşağı, başınıza küçə qəhətdi ki, ona qarşı belə hörmətsizlik edirsiniz?
Biz Bakı Şəhər İcra Hakimiyyətindən bu "diqqət"in səbəblərini öyrənməyə çalışacağıq. Bizi izləyin...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.