AŞPA-nın yeni sədri Ann Brasserin Azərbaycana səfəri may ayında reallaşacaq.
Avropa.info-ya bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib.
Onun sözlərinə görə, may ayının sonundan etibarən Azərbaycan altı ay müddətində Avropa Şurasına sədrlik edəcək. Bu məqsədlə may ayında Bakıda AŞPA-nın Daimi Komitəsinin iclası keçiriləcək.
AŞPA-nın yeni sədri Ann Brasser və Daimi Komitənin üzvləri həmin iclasda iştirak etmək üçün Bakıya səfər edəcəklər.
Moderator.az

































































































