Bu günlərdə öz ailəsi ilə birlikdə sığınacaq almaq üçün Ermənistana müraciət edən Cavid Orucovun fotosu yayılıb. Moderator.az “Qafqazinfo”-ya istinadən Ermənistana sığınmaq istəyən həmin ailənin fotosunu təqdim edir.
Qeyd edək ki, Azərbaycan vətəndaşı, 37 yaşlı Cavid Orucov yanvarın 29-da həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun guya erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzəyeva adlı xanımla ailə qurmasından sonra başlayıb. Ermənistan KİV-inin məlumatına görə, Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Azərbaycan tərəfi hələ bu məsələyə münasibət bildirməyib.

- A-
- A
- A+
Gündəm
10:15 / 04.02.2014
Ermənistana qaçan azərbaycanlı ailənin fotosu
Hazırda oxunan: Ermənistana qaçan azərbaycanlı ailənin fotosu
Hazırda oxunan: Ermənistana qaçan azərbaycanlı ailənin fotosu
41014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































