Tezliklə 5 yeni partiya yaranacaq.
Bunu Moderator.az-a açıqlamasında yeni yaranmaqda olan Gələcək Azərbaycan Partiyasının (GAP) təşkilat komitəsinin sədri Ağasif Şakiroğlu bildirib.
Onun sözlərinə görə, yeni partiyanın sədrinin kim olacağı hələ ki, məlum deyil: “Partiya sədrini qurultay müəyyən edəcək.” Bundan əlavə Ağasif Şakiroğlu yeni partiyanın Milli Şuraya daxil olub-olmamasına da münasibət bildirdi: “GAP-ın hansısa birlikdə iştirak edib-etməyəcəyini bu gün demək çox çətindir. Qurultayın formalaşdıracağı idarə heyəti və partiyanın gələcək sədrinin hansı yöndə siyasi fəaliyyət aparacağını, hansı birlikdə iştirak edib-etməyəcəyini həmin rəhbər heyəti müəyyən edə bilər. Bu gün isə bu barədə danışmaq çox tezdi."


































































































