Azərbaycanda üzüm tumundan yağ istehsal olunacaq

Azərbaycanda üzüm tumundan yağ istehsal olunacaq

Hazırda oxunan: Azərbaycanda üzüm tumundan yağ istehsal olunacaq

38529
Yaxın perspektivdə Azərbaycanda üzümçülük sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində üzüm tullantılarından da istifadə olunması planlaşdırılır. Bu məqsədlə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu üzüm tumlarından yağ istehsal olunmasına dair tədqiqat işləri aparmağı nəzərdə tutub. Bu barədə APA-ya elmi müəssisənin direktoru Tariyel Pənahov məlumat verib.

“Hazırda dünyanın müxtəlif yerlərində üzümçülük sahəsində tədqiqat işləri aparılır. İnkişafın əsasında məhz elm durur. Maddi-texniki bazamızın möhkəmləndirilməsindən sonra geniş elmi işlərə başlayacağıq”, - deyə T.Pənahov qeyd edib.
İnstitut direktoru əlavə edib ki, hazırda Azərbaycanda yeni dörd üzüm sortları rayonlaşdırılmaq məqsədi ilə Seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilib: “İlhami”, “Kəpəz”, “Bəhrəli”, “Şamaxı hədiyyəsi” hibridləri təsdiq edildikdən sonra fermerlərə təklif olunacaq. Bununla yanaşı, 10 hibrid formasının seleksiyası və qiymətləndirilməsi artıq başa çatdırılıb”.

Qeyd edək ki, ölkədə davamlı sort və hibridlərin yaradılması üzrə geniş tədqiqat işləri aparılır. Dövlət Komissiyasına təqdim edilən sortlardan əlavə, yeni “Azəri” süfrə, “Göygöl” texniki üzüm sortları artıq rayonlaşdırılıb. Bu sortlar Samux rayonu üzrə paylanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO