Moderator.az xəbər verir ki, Türkiyənin dünyabulteni.net saytı Azərbaycanı acı bağırsaq kimi bürüyən rüşvət mövzusunu gündəmə gətirib və xəbərdə açıq şəkildə vergilər naziri Fazil Məmmədovun adı çəkilir. Saytın yazdığına görə, “Fazil Məmmədovun təmsilçiləri ənənəvi illik rüşvət yığımına start verib və hər iş adamından 10 ilə 30 min manat arasında rüşvət istənilir. Maraqlıdır ki, vergi məmurlarının tələbləri bununla da bitmir. Onlar iş adamlarından ödədikləri illik verginin 15-20 faizini də bəri başdan verməyi tələb edirlər.
Saytın yazdığına görə,
ənənəvi rüşvət toplama kampaniyasını mafiyanın hərəkətinə bənzədən iş adamları
tələb olunan məbləği verməyəcəkləri təqdirdə həbs olunacaqlarından çəkinirlər və
vergi məmurları tərəfindən açıq şəkildə bu cür təhdid olunurlar. Dunyabulteni.net
onu da bildirir ki, bu il rüşvət mexanizmində müəyyən dəyişikliklər müşahidə
olunur. Əvvəlki illərdə rüşvət nağd pul şəkilində alınırdısa, indi şirkətlərin banklardakı
hesablarından müəyyən hesablara pul köçürülməsi yoluyla da bu əməliyyat
reallaşdırıla bilər.
Sayt həmçinin ölkəmizdə
rüşvət toplama kampaniyasının ciddi narazılıq doğurduğunu və bu narazılığın iş adamlarının
üsyanı ilə nəticələnə biləcəyini xəbər verir.
Qaynaq üçün baxa bilərsiniz.
//www.dunyabulteni.net/kafkaslar/282672azerbaycanda-rusvet-tepkisi/
































































































