Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov cəbhə bölgəsinə səfəri zamanı hərbi geyim qaydalarını kobud şəkildə pozub. Generalların hərbçilərlə görüşü zamanı çəkilən şəkilləri araşdıran Moderator.az saytı hər iki generalların hərbçilər qarşısına kəmərsiz çıxdığını aşkarlayıb. Şəkildən də aydın görtünür ki, həm müdafiə naziri, həm baş qərargah rəisi, həm də general Qorxmaz Qarayev hərbçilər qarşısına kəmərsiz çıxıb.
Məlumat üçün qeyd edək ki, rütbə və vəzifəsindən
asılı olmayaraq üzərində hərbi mundir daşıyan hər bir şəxsin hərbi geyim
qaydalarının tələblərinə riayyət etməsi zəruridir. Faktla bağlı saytımıza
açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik
Üzeyir Cəfərov da generalların hərbi geyimlərində ciddi qüsurların olduğunu təsdiqlədi
və xüsusilə də baş qərargah rəisinin əynindəki formanın Azərbaycan ordusunda
istifadə edilən formadan əsaslı şəkildə fərqləndiyinə diqqət çəkdi.
Məsələyə digər hərbi ekspert Cəsur Sümərinlinin də mövqeyini öyrəndik. Bildirdi ki, hərbi geyim qaydaları var və əsgərdən tutmuş generaladək hər kəs buna tabe olmalıdır.
Seymur Əliyev



































































































