Noskvanın

Noskvanın "Sadovod" bazarında 1000-dən çox miqrant saxlanıldı

Hazırda oxunan: Noskvanın "Sadovod" bazarında 1000-dən çox miqrant saxlanıldı

35875

.Rusiyada anti-miqrant kampaniyası davam edir.Moderator.az-ın Rusiyadakı qaynaqlara istinadən verdiyi xəbərə görə, bu gün Moskvanın "Sadovod" ticarət kompleksində polis və Federal Miqrasiya Xidmətinin əməkdaşları növbəti reyd keçiriblər. Reyd zamanı 1000-dən çox miqrant saxlanılıb və polis bölmələrinə aparılıb. Moskvada yaşayan soydaşımız Teymur Hüseynov bildirib ki, saxlanılanlar əsasən Orta Asiya Respublikalarının vətəndaşlarıdır. Onun sözlərinə görə, polis saxlanılanlar arasında azərbaycanlıların olmadığını deyib.

Amma soydaşlarımızın çalışdığı çox sayda ticarət köşkləri yoxlamalara məruz qalıb. Hətta bəzi obyektlərdə mallar müsadirə edilib. Qeyri-rəsmi məlumata görə, adıçəkilən ticarət komplektlisində çalışan Azərbaycan vətəndaşlarını sıxışdırmaq məqsədi ilə belə yoxlama və reydlər bundan sonra daha intensiv xarakter alacaq.

Əldə etdiyimiz məlumata görə, "Sadovod" bazarı kimi tanınan ticarət kompleksi yəhudi millətindən olan iş adamlarına məxsus olduğu üçün mərkəzin bağlanması hələ ki, gündəmdə deyil: "Amma rəsmi dairələr azərbaycanlıların sxışdırılması üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO