Əli Həsənov: “Namizədin dəyişməsindən söhbət gedə bilməz”

Əli Həsənov: “Namizədin dəyişməsindən söhbət gedə bilməz”

Hazırda oxunan: Əli Həsənov: “Namizədin dəyişməsindən söhbət gedə bilməz”

30618

“Yeni Azərbaycan Partiyası prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Namizədin dəyişməsindən söhbət gedə bilməz” ”“ partiyanın İdarə Heyətinin üzvü, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iyulun 10-da “Media forum” saytına belə deyib.

Şöbə müdiri bildirib ki, YAP, hakimiyyət prezident seçkisində dövlət başçısı İlham Əliyevin namizədliyi ilə iştirak edəcək: “YAP və hazırkı hakimiyyət komandası yekdil qərarla prezident İlham Əliyevin namizədliyini irəli sürüb və birmənalı şəkildə cənab İlham Əliyevin namizədliyini dəstəkləyir. Başqa namizəd yoxdur və olmayacaq”.

Əli Həsənov bəzi partiyaların YAP sədrinin müavini, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın namizədliyini irəli sürməsinə də münasibət bildirib: “Ayrı-ayrı partiyaların, təşkilatların, qrupların, insanların hörmətli Mehriban Əliyevanın namizədliyini irəli sürməsi təbiidir. Bu, Mehriban xanıma olan hörmət-izzətin nümunəsi, göstəricisidir. Amma məsələ ondadır ki, bir insanının namizədliyini irəli sürmək üçün mütləq onun razılığını almaq lazımdır. Mehriban xanım belə bir razılıq bildirməyib”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO