Səfirlikdən alpinistlərimizə hücumla bağlı açıqlama:

Səfirlikdən alpinistlərimizə hücumla bağlı açıqlama: "Təhlükəsiz yerdədirlər"

Hazırda oxunan: Səfirlikdən alpinistlərimizə hücumla bağlı açıqlama: "Təhlükəsiz yerdədirlər"

29815
“Azərbaycanlı alpinistlər tam təhlükəsiz yerdədirlər. Onlar hadisə baş verən yerdən xeyli aralıdadırlar. Ona görə də narahatlıq üçün əsas yoxdur”. 

Moderator.az-ın məlumatına görə, bu barədə Lent.a-a açıqlamasında Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarov bildirib. Səfirin dediyinə görə, azərbaycanlı alpinistlərdə peyk telefonu var. 

“Səfərə çıxmazdan əvvəl mən alpinistlərimizlə görüşmüşdüm, onlara uğurlar arzulamışdım. Onlara demişdim ki, hər hansı problemləri, hansısa təhlükə olacağı təqdirdə səfirliyə məlumat versinlər. Hücum zamanı bizimkilər hadisə yerindən xeyli uzaqda olublar. Şükür ki, salamatdılar. Və mənə məlumat verildi ki, hazırda təhlükəsiz yerdədirlər”.

Qeyd edək ki, Himalay dağlarının Pakistan ərazisində yerləşən Nanqa Parbat zirvəsinə ekspedisiyada olan alpinistlərin baza düşərgəsinə silahlı hücum faciəyə səbəb olub. On nəfərin öldüyü deyilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO