Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı - Yelizavetaxa0 “Instagram” səhifəsində müsəlmanların müqəddəs Ramazan ayında oruc tutma təcrübəsini paylaşıb.xa0
Moderator.azxa0 Rusiya mediasına istinadla xəbər verir ki, Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edən Y.Peskova oruc ibadəti haqqında fikirləri ilə bölüşüb.
“Bir çoxları üçün oruc tutmaq çox çətin və yorucu bir şeydir. O cümlədən sutkada 4 litr su içən mənim üçün. Ancaqxa0 məsələ özünü yönləndirməkdən asılıdır”,- Putinin köməkçisinin qızı belə yazır.xa0
Liza əlavə edib ki, ruhi inkişafa, gerçəkləri bilməyə can atan inanclı insan olaraq İslamla çox maraqlanır və bu il Ramazan ayının son üç günündə oruc tutub.xa0xa0
Y.Peskova orucun tibbi əhəmiyyətindən də danışıb:xa0
“Oruc hüceyrələri yeniləndirirxa0 və insan orqanizmi özünü təmizləməyə başlayır...”xa0
xa0"Əsas onu bilmək vacibdir ki,xa0 hər birxa0 pəhrizinxa0 məqsədixa0 özünüintizama alışmaq, ləzzətlərdən uzaqlaşma, ruhi durumumuza və düşüncələrimizə diqqət yetirməkdən ibarətdir”-deyə D.Peskovun qızı fikirlərini ümumiləşdirib.
Sultan Laçın
































































































