“Hürriyyət”in yazısından sonra “Yeni Həyat Şirkətlər Qrupu”nun türk iş adamıyla sövdələşməsi  – SƏS YAZISI

“Hürriyyət”in yazısından sonra “Yeni Həyat Şirkətlər Qrupu”nun türk iş adamıyla sövdələşməsi – SƏS YAZISI

Hazırda oxunan: “Hürriyyət”in yazısından sonra “Yeni Həyat Şirkətlər Qrupu”nun türk iş adamıyla sövdələşməsi – SƏS YAZISI

264755
Dünən Türkiyəli iş adamı Onur Kırmızıkarlı “Hürriyyət”ə açıqlamasında “Yeni Həyat Şirkətlər Qrupu”na bağlı “Asado Steak House by Lavaş” restoranı ilə əlaqədar ciddi iddialarla çıxış etmişdi. İş adamının bildirdiyinə görə, ötən ilin son ayında restorana 25 min manat müqabilində elektirikli tüstü-duman filtrləri quraşdırıb, amma zəhmət haqqını ala bilməyib. Müxtəlif bəhanələrlə get-gələ salınan Onur Kırmızıkarlı saytımız vasitəsilə ölkə rəhbərliyinə üz tutub bu qanunsuzluğun qarşısının alınmasını xahiş etmişdi.

Məlumatlara görə, yazı dərc olunandan sonra “Yeni Həyat Şirkətlər Qrupu”nun Daxili Audit Xidmətinin sədr müavini Emin adlı şəxsin iş adamına zəng sövdələşməyə çalışıb. Görünür, ağlı başqa mətbu orqanlarına gedən Emin bəyin əsas tələbi isə yazını saytımızdan sildirmək olub. Biz "Yeni Həyat"ın bu səylərini söz və mətbuat azadlığına basqısı kimi qiymətləndirir və lazımi ölçü götürməyi orqanların öhdəsinə buraxırıq.xa0 xa0

Məlumatı iş adamı da təsdiqləyib. Bəs, tərəflər telefon danışıqlarında nəyi müzakirə ediblər?

Moderator.az “Hürriyyət” qəzetinin əldə etdiyi səs yazısını təqdim edir:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO