Bakı yollarında sürət həddi azaldıldı

Bakı yollarında sürət həddi azaldıldı

Hazırda oxunan: Bakı yollarında sürət həddi azaldıldı

26091

Paytaxtda bir sıra yollarda sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, hazırda davam etməkdə olan qarlı və şaxtalı hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Heydər Əliyev prospektinin Hava limanına qədər olan hissəsində, eləcə də Zığ dairəsindən Hava limanı istiqamətində və əks istiqamətlərdə hərəkət sürəti daha 10 km/saat endirilib.

Qeyd edək ki, səhər saatlarında paytaxtda müşahidə edilən faktiki hava şəraitinə uyğun metereoloji amillər nəzərə alınaraq, şəhərdaxili əsas magistral avtomobil yollarında nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi 20 km/saata qədər endirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO