Fevralın 13-də İrəvan konyak zavodunda Ermənistanda rəsmi səfərdə olan Bolqarıstan prezidenti Rumen Radevin adına ənənəyə uyğun olaraq konyak çəlləyi saxlanılıb.xa0
Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir. Bu, Bolqarıstan prezidentlərinin şərəfinə saxlanılan ilk konyak çəlləyi deyil.xa0 “Ararat” zavodunda artıqxa0 Bolqarıstan prezidentlərinin adlarına iki çəllək konyakı saxlanılır. 2004-cü ildə prezident Georgi Pırvanovun Ermənistana rəsmi səfəri zamanı da onun adına çəllək saxlanılıb.xa0

Radev ATƏT-in Minsk qrupunun 2001-ci ildə İrəvana səfəri münasibətilə təsis edilmiş “Sülh çələyi”nə dəxa0 baxış keçirib. Çəlləkdə 1994-cü ildə Qarabağda atəşkəsin imzalanmasının rəmzi olan konyak spirti saxlanılır. Ermənilər həmin çəlləyi Qarabağ münaqişəsinin həll olunduğu gün açmağı nəzərdə tutublar.
Bolqarıstan prezidenti Rumen Radev fəxri qonaqlar kitabında “Mən sülh çəlləyinin mümkün qədər tez açılmasını diləyirəm” yazıb. Ermənilər Radevə, həmçinin,xa0 “Erebuni” markalı 30 illik konyak hədiyyə ediblər.

Xatırladaq ki, Bolqarıstan prezidenti fevralın 12-13-də Ermənistana iki günlük dövlət səfəri zamanıxa0 erməni həmkarı S.Sərkisyanla, bütün ermənilərin katolikosu II Garegin ilə görüşüb, Matenadaran, “Tumo” yaradıcılıq texnologiyaları mərkəzi və Peyo Yavorov adına131 saylı orta məktəbi ziyarət edib.xa0 İrəvandakı saxta “soyqırım” abudəsini ziyarət edən Rumen Radev S.Sərkisyanla görüşdə “Ermənistan bizim üçün strateji əhəmiyyət daşıyır” ifadəsini işlədib.


Sultan Laçın





























































































