Nizaminin türkcə yazdığı naməlum əsərləri və “Divan”x9dı-   GİZLİ TARİX

Nizaminin türkcə yazdığı naməlum əsərləri və “Divan”x9dı- GİZLİ TARİX

Hazırda oxunan: Nizaminin türkcə yazdığı naməlum əsərləri və “Divan”x9dı- GİZLİ TARİX

194701




İbtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilməsi media və sosial şəbəkələrdə etirazlara səbəb oldu.xa0
Qeyd edək ki, bu dəftərlər ölkənin, demək olar ki, bütün məktəblərində istifadə olunur.xa0 Dəftərin üz qabığında Nizami Gəncəvinin fotosu verilib və onun haqqında olan qısa məlumatda aşağıdakı cümlələr qeyd olunub: “Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər Şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır”x9d.

Son məlumatlara əsasən, barəsində danışdığımız səhv aradan qaldırılıb.xa0

Lakin yenə də böyük Nizami Gəncəvinin Azərbaycan, türk millətinə aidliyini təsdiqləyən faktlara ehtiyac var. Çünki Nizami təəssüf ki, dünyanın bir neçə ölkəsindəxa0 də ara-sıra bu cür “səhih”x9d bilgilərlə xatırlanıb.xa0

xa0Nizami Gəncəvinin Azərbaycan dilində divanının olması da iddia olunur. Bir neçə il bundan əvvəl apardığımız araşdırmadan sonra Nizaminin ana dilimizdə olan divanının nizamişünas-alim, filologiya elmləri doktoru Sənan İbrahimov tərəfindən latın əlifbasına köçürüldüyünü öyrəndik. Misirdə Xədəviyyə kitabxanasında tapılan divan uzun illər türk şairi Nizami Qaramanoğlunun adına çıxarılıb. Lakin başda Zəncan Universitetinin professorları olmaqlaxa0 başqa alimlər də elmi dəlillərlə onun Azərbaycan şairinə aid olduğunu sübut etdilər.xa0

Moderator.azxa0 Misirdəki divanın Nizami Qaramanoğluna səhvən necə aid edildiyi barəsində yazı hazırlayacaq. Amma hazırda həmin divandan bir neçə nümunəni elektron mətbuatda ilk dəfə olaraq diqqətinizə çatdırırıq. Məlum araşdırmadan sonra “İqra”x9d nəşriyyatı araşdırmaçı-alim Sənan İbrahimovla əlaqə saxladı. Sənan müəllim əski əlifbadan latın əlifbasına köçürdüyü divanı nəşriyyata təqdim etdi. “İqra”x9d nəşriyyatı “Nizami Gəncəvi- Azərbaycanca yazdığı divan”x9d adlı kitabını oxuculara hədiyyə etdi. Bir araşdırmanın müsbət nəticəsi olan bu kitabdan elektron mediada ilk dəfə olaraq nümunələr gətirəcəyik. Qeyd edək ki, həmin kitabda da ön sözün və şərhlərin müəllifi elə Sənan İbrahimov olub. Kitabın ərsəyə gəlməsində onunla bərabər, “İqra”x9d nəşriyyatının rəhbəri Rəşad İmanlı, professor Əlyar Səfərli və kitabın Güney Azərbaycandan olan redaktoru Sədyar Eloğlunun xüsusi xidmətləri olub:

Nərgis”x9d qəsidəsindən nümunələr

Doldurub çün cigərindən qədəhi-zər nərgis,
Nuş edər ləbi-ləlin yadına sağər nərgis.

Bir ayaq cami şərab ilə ki, var başında,
Şöylə məst oldu ki, doğru tutamaz sər nərgis.

Bükülüb beli, şərardı dişi, titrər başı
Tifl ikən oldu məgər piri-müəmmər nərgis?

Sin içindədir ayağı yenə məğrur oluban
Nocavanlığı tutar, səbzədə sağər nərgis

Əhli-dil kimi sabah içmək üçün cani-şəbuh
Tökdü simin qədəhə badeyi-əhmər nərgis

xa0 xa0****

xa0Saçdı kafur üzrə ənbərxa0 kakili-mişkin dust,
xa0Tutdu can mülkün sərasər kakili-mişkin dust.

Örtməyə idi zülmət küfr ilə iman nurunu,
Gər deyilmişsiydi kafər kakili-mişkin dust.

Etdi ətrafı münəvvər çöhrəyi-gülgün yar
Qıldı afaqi müətr*xa0 kakili-mişkin dust.

İrəşərdi ey könül, sərişteyi məqsudə əl,
Olsa əl vermək müəssər kakili-mişkin dust.

Müntəha qəddinin üstündə Nizami tuğrası*
Sədra tavusinə bənzər kakili müşkün dust.
(Qeyd: bu aşiqanə qəzəldəki “müətr”x9d-ətirli, “tuğra”x9d isə- şax, dik anlamını verir)


Sənan İbrahimov “Nizami Gəncəvinin Azərbaycan dilindəki divanı”x9dna yazdığı ön sözdə divanın nəyə görə Qaramanlı Nizami yox, Gəncəvi Nizamiyə aid olduğunu konkret elmi dəlillərlə belə əsaslandırır:

- Gənc yaşlarında vəfat edən (hətta bəzi mənbələrdə 29 yox, 19 il yaşadığı da söylənilir) şairin sənətkarlığı divandakı qədər inkişaf etməyib;

- Şair İranda qısa müddətdə təhsil alıb və ərəb-fars dillərini yaxşı bilməyib. Halbuki, divanda qəliz ərəb-fars ibarələri kifayət qədərdir;

- Şair qısa həyatında nəzirəçi şair kimi tanınıb. Özünün orijinal şeirləri çox az olub;

- Həyatının əksər hissəsini Qaramanda keçirdiyi üçün Osmanlı ləhcəsində yazıb-yaradıb. Divan isə sırf azəri ləhcəsindədir.

- Divan yaşlı adam (yəni Nizami Gəncəvi) tərəfindən qələmə alınıb. Bəzi yerlərdə qocalıqdan şikayət var.

Ən nəhayət müəllif qrupu tərəfindən aşağıdakı elmi üsullardan istifadə edərək divanın Nizami Gəncəviyə aidliyi sübuta yetirilib:

- Müəllifin yaradıcılıq əzmi;
- müəllifin leksikonu;
- müəllifin dili;
- əsərin ideyası;
- üslub;
- müvafiq sənədlər üzərində atribusiya.

Bu 6 filoloji vasitədən də əlavə ən əsas fakr isə Misir kitabxanasındakı qovluqda “Azərbaycan şairi Nizami Gəncəvi”x9d sözünün yazılmasıdır.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO