Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.
Bu barədə xa0Müdafiə Nazirliyinin mətbuat xidmətindənxa0məlumatxa0verilib
Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.
Azərbaycanın “N”x9d saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən partlayışla əlaqədarxa0boşaldılan kəndlərin adı məlum olub.
Məşədihəsən, Yaşma, Sitalçay və Xıdır Zində baba piri adlı ərazilərin sakinləri təxliyə olunub.
Hadisə yerinə Müdafiə Nazirliyinin rəhbərliyi gəlib.xa0
Azərbaycanın “N”x9d saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən partlayışla əlaqədar əraziyə yaxın 6 kəndin əhalisi təxliyə edilib.
Təxliyə partlayış zamanı mərmi qəlpələrinin həmin kəndlərə yayılması ilə bağlı həyata keçirilib.
Həmçinin əraziyə, Xızı, Siyəzən və Şabran rayonlarından 10-dan artıq “təcili yardım”x9d maşını cəlb olunub.
Bakı-Quba yolu bağlanıb.































































































