Belə getsə, Qarabağda müharibə qaçılmaz olacaq:  Bəs üstünlük kimin tərəfindədir?

Belə getsə, Qarabağda müharibə qaçılmaz olacaq: Bəs üstünlük kimin tərəfindədir?

Hazırda oxunan: Belə getsə, Qarabağda müharibə qaçılmaz olacaq: Bəs üstünlük kimin tərəfindədir?

181778
"Təmas xəttində vəziyyətin kəskinləşməsi, silahlı toqquşmalar ona görə baş verir ki, bu ”“ cəbhə xəttidir".

Bunu virtualaz.org-un Moskva bürosuna məşhur hərbi ekspertlərdən biri, Rusiya Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin deyib.

Xatırladaq, Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki son hadisələrlə əlaqədar bəyanat yayıb. Həmin bəyanatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki qoşunların təmasının xəttində təxribatlar törətməkdə davam edir. Və 15-16 iyunda onların qarşısı alınarkən 6 erməni hərbi qulluqçusu həlak olub.

Erməni KİV-ində artıq "cavab zərbəsi" imkanları barədə fəal müzakirələr başlayıb. Bundan başqa, Yerevanda ciddi şəkildə soruşurlar: "Əgər Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlardan çıxdığını bildirərsə, nə baş verər? Bu halda qrupun həmsədrləri, xüsusən də Fransa və ABŞ Azərbaycanın cilovlanması üzrə hansısa addımlar ata bilərlərmi?". Bu haqda, məsələn, Yerevan nəşri "Lraqir" yazır.


Xramçixinin sözlərinə görə isə əgər tərəflərin mövqeləri barışmazdırsa, onda müharibə qaçılmazdır. "Onsuz da əvvəllər atəşkəs rejiminin pozulmasına aid yüzlərlə fakt var idi, onlar bundan sonra da davam edəcək", - deyə ekspert bildirib.

Qaçılmaz müharibədə üstünlüyün kimin tərəfində olacağına gəlincə, ekspert deyib ki, hər şey onun nə vaxt başlayacağından asılıdır: "Qüvvələr nisbətini hər konkret ana görə nəzərə almaq lazımdır".

Əgər söhbət bugünkü vəziyyətdən gedirsə, Xramçixin hesab edir ki, indi Azərbaycan havada mütləq, quruda isə gözə çarpan üstünlüyə malikdir.

"Düzdür, erməni tərəfinin müdafiə mövqeləri də pis deyil. Ancaq keçən ilin aprelində Azərbaycan göstərdi ki, lokal uğurlara da nail ola bilər", - deyə hərbi ekspert vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO