“Qurtardı, bizdən bu qədər”x9d -  Əsəd və Putinə son xəbərdarlıq...

“Qurtardı, bizdən bu qədər”x9d - Əsəd və Putinə son xəbərdarlıq...

Hazırda oxunan: “Qurtardı, bizdən bu qədər”x9d - Əsəd və Putinə son xəbərdarlıq...

175002
“Böyük yeddilik”x9d ölkələri xarici işlər nazirlərinin bu gün İtaliyanın Lukka şəhərində keçirilən görüşü ciddi bəyanatla yekunlaşıb.xa0

Nazirlər Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməkdə yekdil rəyə gəlməsələr də, Kremlə qarşı sərt tonla müraciət ünvanlayıblar. Suriya mövzusu görüşdə əsas müzakirə predmeti olub. “Yeddilik”x9d ABŞ-ın Suriya aviabazasına raket zərbələrinin düzgün addım olduğunu və tam dəstəklədiklərini ifadə ediblər. ABŞ dövlət katibi Tillerson görüş bitən kimi Moskvaya yola düşüb və Sergey Lavrova ayrıca olaraq xa0ABŞ-ın, həm də G-7-nin qərarlarını çatdıracaq. Bəşər Əsədin əsas hərbi müttəfiqi olan Rusiya qərar verməlidir: cinayətkar Əsədlər ailəsi rejimini dəstəkləməkdə davam etsin, ya yox. Əks halda: “bitdi, bizdən bu qədər”x9d ”“ deyə, Kanadanın xarici işlər naziri Xristi Fridal mətbuata obrazlı açıqlama verib. “Böyük yeddilik”x9d birmənalı şəkildə bildirib ki, Suriyanın yaxın gələcəyində Əsədə yer yoxdur. “Bu çox mühüm siqnaldır və lazımdır ki, Moskvada bunu eşitsinlər”x9d.

Rusiyaya əlavə sanksiyalar tətbiq etməyən G-7 üzvləri Rusiyanın Əsəd rejimi ilə müttəfiqliyi kəsmədiyi halda sanksiyaları sərtləşdirəcəklərini və Əsədin hakimiyyətdən getməsi üçün hərbi, siyasi təzyiqlərini davam etdirəcəklərini qətiyyətlə bildiriblər.

xa0G-7-nin görüşü bitdiyi ərəfədə Moskvada İtaliyanın prezidenti Serco Mattarelliylə mətbuat konfransı keçirən V.Putin ABŞ-ın Suriyada, hətta paytaxt xa0Dəməşqdə kimyəvi hücum ssenarisi təxribatını hazırladığı barədə məlumatlar əldə etdiklərini bildirib. Göründüyü kimi Moskva tezliklə Suriyadan əl çəkəsi deyil və Vaşinqtonla münasibət gərgin olaraq davam edəcək. Qarşıda Tillersonun Moskva görüşləri var. ABŞ dövlət katibinin hansı mesajlarla gəldiyi və Moskvanın reaksiyası yaxın saatlara bəlli olacaq.xa0

Suriyadakı vəziyyət vaxtilə SSRİ-nin Əfqanıstandakı son ilini xatırladır. Nəcibulla sovet kəşfiyyatının əlində alət idi. Kənar addım atanda hədələnirdi.Vaxtilə Babrak Karmalı da sovet səfiri və kəşfiyyatı Moskvaya qaçırmışdı. xa0SSRİ xa0dağıldı, Nəcibulla da qətl edildi. Bəşər Əsəd də indi Rusiya xarici kəşfiyyat idarəsinin girovudur.Yalnız Əsəd deyil, Putin də Əsədin girovuna çevrilib. Son yaxınlaşır.

Moderator.az
ANALİTİK QRUP
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO