Bu günlərdə erməni politoloq Levon Şirinyan Ermənistanın Azərbaycana qarşı müharibədə etnik faktordan istifadə etməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müharibə başlayacağı təqdirdə Ermənistan ilk zərbəni Yevlax və Sabirabada vurmalıdır. L.Şirinyanın qənaətincə, “Yevlax kommunikasiyaları kəsmək, Sabirabad isə talışları ayağa qaldırmaq üçündür”x9d.
Maraqlıdır, Ermənistan və ya hər hansı bir dövlət Azərbaycanda böyük anlamda etnik qarşıdurma yarada bilərmi? Belə bir qarşıdurma üçün zəmin varmı?
Moderator.az-a açıqlama verən VİP sədri, politoloq Əli Əliyev Şəhidlər Xiyabanının bu cür iddialara ən effektiv cavab olduğunu bildirib:
“Biz partiya kimi dövlət millətçiliyini təbliğ edən siyasi təşkilatıq. Bizə görə azərbaycanlı məfhumu Azərbaycanda yaşayan bütün etnik qrupları əhatə edir. Bu vaxta qədər aparılan mübarizənin içərisində Azərbaycanın bütün etnik qrupları çox prinsipial, milli müstəqilliyi müdafiə edən mövqe sərgiləyib. Azərbaycanın Şəhidlər Xiyabanı bizi etnik qarşıdurmaya cəlb etmək istəyən düşmənə tutarlı cavabdır. Orada Azərbaycan vətəndaşı olan bütün etnik qrupların nümayəndələri uyuyur. Onların hamısı bu torpaq üçün canlarından keçib. Odur ki, mən hər hansı bir situasiyada ölkə daxilində geniş anlamda hansısa etnik qarşıdurmanın yaranacağına inanmıram. Bütün etnik qruplar Azərbaycan dövlətinin himayəsi altında yaşayıb və bundan sonra da belə olacaq.

Söhbət konkret talış xalqından gedirsə, qəhrəman talış xalqının nümayəndələri Azərbaycanın müstəqilliyinin əldə edilməsində və müdafiəsində öndə olublar və bundan sonra da öndə olacaqlarına əminəm. 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində Azərbaycan Xalq Hərəkatının ən ciddi dayaq nöqtələrindən biri etnik baxımdan rəngarəng olan cənub bölgəsində, Lənkəran şəhərində idi. 90-cı ildə rus ordusu Bakıda xalqı qanına qəltan edəndən sonra Lənkəranda da qırğınlar törədərək xalqın azadllıq mübarizəsinin qarşısını almağa çalışıb.xa0 1992-1993-cü illərdə, Azərbaycanla Ermənistan arasındakı müharibənin qızğın vaxtında Lənkəran batalyonu ermənilərlə mübarizədə xüsusi şücaət və qəhrəmanlıq göstərib”x9d.
xa0
Seymur Əliyev





























































































