“Rövşən Lənkəranski mənim üçün heç kimdir...”x9d  - Lotu Quli

“Rövşən Lənkəranski mənim üçün heç kimdir...”x9d - Lotu Quli

Hazırda oxunan: “Rövşən Lənkəranski mənim üçün heç kimdir...”x9d - Lotu Quli

165507
Rusiyanın Yekaterinburq vilayətində yaşayan azərbaycanlılar 44 yaşlı “qanuni oğru”x9d Nadir Səlifova (“Lotu Quli”x9d) biət ediblər. Ural federal dairəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən qeyd edir ki, hazırda sözügedən kriminal avtoritet Azərbaycanda məhkumluq həyatı yaşayır.

Moderator.az xəbər verir ki, Virtualaz.org sözügedən portalın məlumatına əsasən bildirir ki, “Lotu Quli”x9d həbsdə olmasına baxmayaraq, Uralda əvvəllər Rövşən Canıyevə (“Rövşən Lənkəranski”x9d) məxsus yeri tutub. Xatırladaq ki, “Lənkəranski”x9d ötən ilin avqust ayının 18-də Türkiyədə sui-qəsd nəticəsində öldürülüb.

“Əvvəllər Sverdlovsk alverçiləri Rövşənə xərac verirdilər, indi isə ona verəcəklər”x9d, - nəşr iddia edir.

Nəşr “Lənkəranski”x9dnin qətlinə az qalmış Rusiya və Azərbaycan islah koloniyalarında “Quli”x9dnin müraciətinin yayıldığını xəbər verib. Sitat: “...Həmçinin Sizi ”x9dRövşən Lənkəranski" ilə bağlı məlumatlandırmaq istəyirəm: o, heç kimdir və onun adı yoxdur, bu, oğruların qərarıdır. O ki qaldı Hacı və Rüfətə, bu fırıldaqçılar insanlar arasında yalan yayırlar. Bu cür yaramazlar hər zaman olub və onlar ciddi sorğu-sual olunacaqlar. Bu notlarda Sizinlə vidalaşmaq istəyirəm və Sizə uğur, işlərinizdə müvəffəqiyyət və əlbəttə, Qızıl Azadlıq arzulayıram. Özünüzdən muğayat olun. Ən xoş arzularla Mən, Oğru Quli. Bu müraciəti Azərbaycanın və Rusiyanın bütün düşərgələrində yaymalı".

““Rövşən

Rusiya nəşrinin yaydığı “Lotu Quli”x9dnin “praqon”x9d adlandırılan bu müraciət haqda Azərbaycan KİV-lərində məlumat dərc edilməyib. Məktubda adı keçən Hacı və Rüfət isə “Lənkəranski”x9dnin yaxın adamlarıdır. Çox güman ki, söhbət “Hacı Beyləqanski”x9d kimi tanınan Hacı Talıbxanlıdan və “Rüfət Gəncinski”x9d kimi tanınan Ülfət Tağıyevdən gedir. O, 2015-ci ildə Rusiyada 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun Azərbaycana ekstradisiya olunub-olunmaması barədə dəqiq bilgi yoxdur. “Hacı Beyləqanski”x9dnin isə azadlıqda olduğu deyilir...

Rusiya kriminallarının Ural uğrunda savaşı yeni xəbər deyil. Bu təbii sərvətlərlə də zəngin və böyük bir ərazini əhatə edən bölgə uzun illər “Ded Xasan”x9d ləqəbli “qanuni oğru”x9d Aslan Usoyanın qətlinədək onun nəzarətində idi. 2014-cü ilin dekabrınadək Yekaterinburqun (1991-ci ilədək Sverdlovsk adlanıb) “smotryayuşi”x9dsi “Ded Xasan”x9d kimi tanınmış “qanuni oğru”x9d Aslan Usoyanın qohumu Timur Mirzoyev idi. Timur Mirzoyev 1962-cı ildə Tiflisdə anadan olub və “Ded”x9d in yaxın qohumu idi. O, 15 ildən çox məhkum həyatı yaşayıb. 1992-ci ildə vərəmli xəstələr üçün Nijni Tagel həbsxanasından azad olunandan sonra o, “Ded”x9d in Uralda səlahiyyətli nümayəndəsi təyin edilib. Tezliklə Timur Mirzoyev Uralda əsas söz sahibinə çevrilib və “Sverdlovsk”x9d ləqəbi alıb. “Timur Sverdlovski”x9d 2014-cü ilin yanvarında Moskvada təcridxanada vərəmdən ölüb. “Timur Sverdlovski”x9d milliyyətcə yezidi kürd idi. Aslan Usoyan öldürüləndən sonra onun qruplaşması zəiflədi və “Rövşən Lənkəranski”x9d bu bölgədə möhkəmlənə bildi. Amma “Lənkəranski”x9d qətlə yetirilməzdən bir müddət əvvəl OMON Yekaterinburqda bir neçə əməliyyat keçirdi və “Lənkəranski”x9dnin adamları həbsə alındı.


Timur Mirzoyevin ölümündən sonra Uralda nəzarətçi postunun boş qalması o demək deyildi ki, “Ded Xasan”x9d klanı buranı rahatlıqla əldən verəcək. Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan"Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov (indi o da həbsdədir) 2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra “Ded Xasan”x9d klanına rəhbərlik etməyə başladı və Urala nəzarət uğrunda mübarizə yenidən qızışdı.

“Rövşən Lənkəranski”x9dnin qətlindən sonra onunla uzun illərdir ki, konfliktdə olan “Quli”x9dnin mövqelərinin güclənəcəyi gözlənilən idi. Bir müddət əvvəl “Rosbalt”x9d agentliyinə Rusiya xüsusi xidmət orqanlarındakı mötəbər mənbəyə istinadən yazmışdı ki, “Lotu Quli”x9d və Gürcüstan doğumlu “Vaqif Bakinski”x9d kimi tanınan Vaqif Süleymanov güclərini birləşdiriblər. Bildirilirdi ki, yeni klan bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır.

“Lənkəranski”x9dnin ən iri aktivlərindən olan göyərti, tərəvəz və meyvə topdansatış bazarları uğrunda mübarizənin təkcə Moskvada deyil, digər bölgələrdə də başlayacağı gözlənilən idi. İddia var ki, “Lənkəranski”x9dnin bazarları uğrunda mübarizəyə gürcü və çeçen “qanuni oğru”x9dlar da qoşulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO