“Eldar Sabiroğlu Əbülfəz Elçibəylə bağlı məhkəmədə Heydər Əliyevin vəkili olmayıb”x9d

“Eldar Sabiroğlu Əbülfəz Elçibəylə bağlı məhkəmədə Heydər Əliyevin vəkili olmayıb”x9d

Hazırda oxunan: “Eldar Sabiroğlu Əbülfəz Elçibəylə bağlı məhkəmədə Heydər Əliyevin vəkili olmayıb”x9d

152557

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu saytımıza açıqlamasında təxminən 20 il bundan öncə sabiq prezident Əbülfəz Elçibəyin Heydər Əliyevi təhqir etdiyinə görə, Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə verilməsinə, həmin məhkəmə zamanı H.Əliyevin ictimai müdafiəçisi qismində çıxış etdiyinə diqqət çəkib. Məhkəmədə çıxışlarının olduğunu bildirən E.Sabiroğlu Ə.Elçibəyin ona ünvanladığı xəbərdarlığı da xatırladıb:

“Sabiroğlu hələ ki, alovlu çıxışlar edə bilərsən, buna görə tərifnamələr də almağın mümkündür. Ancaq onu yadında saxla ki, vaxt gələcək rejim sənin dərini soyub yaman günə qoyacaq. Mənim bu sözlərimi qulağında sırğa elə”x9d.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov E.Sabiroğlunun sözügedən məhkəmə prosesində H.Əliyevin vəkili olmadığını vurğulayıb:

“E.Sabiroğlunun məlum prosesdə H.Əliyevin vəkili olması ilə bağlı səsləndirdiyi fikirlər tamamilə əsassızdır. Həmin məhkəmə prosesində H.Əliyevin dörd vəkili olub. H.Əliyevin vəkili qismində mən, Tibb Universitetinin professoru Vaqif Şadlinski, millət vəkili Kərim Kərimov, bir də artıq haqq dünyasında olan Ağalar Abasbəyli çıxış edirdi. Biz vəkil olaraq rəsmi qaydada qeydiyyatdan keçən şəxslər olmuşuq. Bu gün məhkəməyə müraciət edib həmin sənədlərlə tanış olmaq, həmin vəkillərin kimliyinə aydınlıq gətirmək mümkündür. Bir daha qeyd edirəm ki, E.Sabiroğlunun H.Əliyevin vəkili olması ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır və həqiqəti əks etdirmir”x9d.

xa0

Seymur Əliyev

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO