Əfqanıstanda “ASAN xidmət”x9d modelinin tətbiqinə qərar verilib. Azərbaycanın “ASAN xidmət”x9dlə bağlı təcrübəsini öyrənən əfqan mütəxəssislər hesab edir ki, bu modelin ölkələrində tətbiqi vətənaşlara daha modern və çevik xidmət göstərməyə imkan verəcək.
Bununla bağlı
Moderator.az-a açıqlama verən millət vəkili Rövşən Rzayev “ASAN xidmət”x9də dünya
dövlətlərinin maraq göstərməsinin anlaşılan olduğunu vurğuladı:
“ASAN xidmət”x9din
yaranması, bu xidmətin beynəlxalq aləmdə nümunə kimi götürülməsi Azərbaycanın
uğurudur. Birincisi, “ASAN xidmət”x9din yaranması Azərbaycan xalqına çox böyük
töhfələr verib. Bütün bürokratik əngəlləri aradan qaldırıb. Vətəndaşlar vaxtiylə
yaşadıqları problemlərin heç birini bu gün yaşamırlar.
“ASAN xidmət”x9ddən bu vaxta
qədər 10 milyon insan yararlanıb. Bu xidmətin şəfafflığının və çevikliyinin nəticəsidir
ki, digər dövlətlər də bu modelə maraq göstərir. Bu, vətəndaşa qısa, sadə və şəffaf
xidmət növü deməkdir. Artıq Əfqanıstan
bu xidmətin tətbiqinə qərar verib. Hesab edirəm ki, yaxın gələcəkdə digər dövlətlər
də bu xidmətin tətbiqinə maraq göstərəcək”x9d.
Seymur Əliyev































































































