“Avropa Məhkəməsi Azərbaycanı beynəlxalq aləmdə rüsvay edir

“Avropa Məhkəməsi Azərbaycanı beynəlxalq aləmdə rüsvay edir"

Hazırda oxunan: “Avropa Məhkəməsi Azərbaycanı beynəlxalq aləmdə rüsvay edir"

143012

Avropa Məhkəməsi iyunun 30-da Azərbaycanla bağlı 18 iş üzrə qərar elan edib. Məlumata görə, Avropa Məhkəməsi Məmməd İbrahim, Əbülfəz Qurbanlı, Rüfət Hacıbəyli, Elşad Budaqov, Orxan Carçıyev, Vaqif Xalıqov, Hafiz Fərhadi, Elçin Cərullayev, İnqilab Kərimov, Şakir Abbasov, Zülfüqar Eyvazov, Təzəxan Mirələmli, Bəhruz Həsənovun şikayətini təmin edib.

Məhkəmə tərəfindən onların hüquqlarının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 7-ci (qanunsuz cəza) və 11-ci (sərbəst toplaşmaq azadlığı hüququ) maddələr üzrə pozulduğunu qəbul olunub.

Maraqlıdır, Avropa Məhkəməsinin bir gündə Azərbaycanla bağlı 18 iş üzrə qərar qəbul etməsi, Azərbaycan məhkəmələrinin bu işlərə ədalətli baxmamasını təsbit etməsi Azərbaycan məhkəmələrindəki kütləvi saxtakarlığın təsdiqi sayıla bilərmi?

Bununla bağlı Moderator.az-a açıqlama verən ehtiyyatda olan ədliyyə generalı, Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal bu faktın Azərbaycanda hər kəsə bəlli olduğunu vurğuladı:

“Azərbaycanda yaşayan hər kəs bilir ki, ölkəmizdə məhkəmə sistemi öz müstəqiliyini çoxdan itirib. Azərbaycan məhkəməsi qanun deyil, sifariş əsasında fəaliyyət göstərir. Bunu dünya bilmirdi. Avropa Məhkəməsinin çıxardığı qərarlar dünyaya da göstərdi ki, Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur. Əgər ölkədə demokratik təsisatlar yoxdursa, demokratik seçki yoxdursa, parlamentin özü demokratik və müstəqil deyilsə, təbii ki, məhkəmə sisteminin müstəqilliyindən danışmaq gülüncdür. Hər bir halda Azərbaycanın beynəlxalq aləmdə bu dərəcədə rüsvay edilməsi, Azərbaycandan olan bunca işlə bağlı qətnamənin ləğv olunması Azərbaycan dövlətinə başucalığı gətirmir.

Azərbaycan 2000-ci ildə elan etdiyi məhkəmə islahatını yarımçıq qoydu. Bu gün ölkədə məhkəməni seçən, onu tənbeh edən orqanın başında ədliyyə naziri dayanır. Əgər ədliyyə naziri məhkəmə sistemində söz sahibidirsə, bu halda məhkəmənin müstəqilliyindən danışmaq yersizdir”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO