Xəbər verdiyimiz kimi, ötən gün Bakıda keçirilən Formula-1 yarışı başa çatıb. Bakıda keçirilən Formula-1 Avropa Qran Prisinin qalibi “Mercedes”x9d komandasının pilotu Niko Rosberq olub.
Moderator.az məlumatına görə, dünya şöhrətli idmançı Rosberq sosial şəbəkədəki şəxsi hesabında Azərbaycana təşəkkür edib.
Bakıdakı Qran Prinin qalibi “SAG OL AZERBAYCAN”x9d yazaraq ev sahibinə doğma dilində minnətdarlıq edib.
Qeyd edək ki, ötən gün Rosberqin mükafatlandırma mərasimində prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.






































































































