"Azərbaycan Silahlı Qüvvələri artıq sizin 90-cı illərdə gördüyünüz ordu deyil...!"

Hazırda oxunan: "Azərbaycan Silahlı Qüvvələri artıq sizin 90-cı illərdə gördüyünüz ordu deyil...!"

133715
"Əziz dostlar, hörmətli həmkarlar!!
Aprelin əvvəllərində cəbhə bölgəsində erməni təxribatı nəticəsində baş verən silahlı toqquşmadan dərhal sonra əl-ayağa düşən Rusiya siyasi və hərbi rəhbərliyi indi də yeni-yeni hiylələrlə başımızı qatmağa çalışır. 

Mən hadisələrin ilk günündə də mətbuat vasitəsiylə bəyan etmişdim ki, bu açıq şəkildə ölkəmizə qeyri-səmimi münasibət bəsləyən Putin-Lavrov cütlüyünün oturub fikirləşdiyi və heç də xoş olmayan məkrli məqsəd daşıyan bir siyasətidir ki, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu addımlarının qarşısı alınsın. Sizi deyə bilmərəm, amma məndə dərin əminlik yaranıb ki, Ermənistan tərəfi Rusiyadan konkret tapşırıq və göstəriş alıb ki, yaxın günlərdə cəbhədə vəziyyəti daha da gərginləşdirsin və ləkələnmiş işğalçı-havadar imiclərini xilas etmək üçün Silahlı Qüvvələrimizə qarşı əməliyyatlar həyata keçirsinlər. 

Bu məqsədlə artıq Ruisya Federasiyasının vətəndaşları olan və milliyətcə erməni olan xeyli sayda separatçı qüvvələri təlimatlandıraraq Ermənistana göndəriblər. Həmən qüvvələr də artıq lazımı şəkildə təlimat aldıqdan sonra Azərbaycanın işğal altında olan torpaqlarına paylanılıblar.


Buradan mən Rusiya rəhbərliyinə müraciət edərək deyirəm ki, cənab Vladimir Putin, yığışdırın bu hoqqalarınızı. Sizin ölkənin vətəndaşları təkcə beynəlxalq hüquq və normalara deyil, eyni zamanda rəhbəri olduğunuz dövlətin də müvafiq qurumlarına açıq şəkildə meydan oxumağa başlayıblar. Mən onu da başa düşürəm ki, sizin qeyri-rəsmi razılığınız və ya icazəniz olmasaydı, həmən o çiyinlərinə Rusiya Silahlı Qüvvələrinin general-mayor, polkovnik və podpolkovnik paqonlarını taxan cinayətkar ermənilər asanlıqla dövlət sərhədlərini keçib Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərinə gələ bilməzdilər. Bu heç cürə mümkün olmazdı. Deməli, siz bir tərəfdən Azərbaycan tərəfdən xahiş edirsiniz ki, biz terrorçuları ərazilərimizdən təmizləməyək, digər tərəfdən də 20 ildən artıq müddətdə məhz sizin dolayısı dəstəyiniz vasitəsiylə bizim heysiyyatımızla oynayan Ermənistana təkcə mənəvi deyil, artıq maddi dəstək də göstərməyə başlamısınız.

Azərbaycan Silahlı Qüvvələri artıq sizin 90-cı illərdə gördüyünüz və təsəvvür etdiyiniz ordu deyil. Həm müasir silahı ilə, həm də əzmkar qəhrəman əsgər və zabitləri ilə bərabər hər bir düşmənə layiqli cavab verə bilən oğullardır onlar. Buyurun, göndərin Rusiya vətəndaşları olan erməniləri üstümüzə. Biz heç nədən və heç kimdən nə çəkinmirik, nə də qorxmuruq. Bu dəfə baş verəcək faciəli hadisələrdə həyatını itirən təkcə Ermənistan deyil, Rusiya vətəndaşları olan hərbçilər da olacaqlar. Ona görə də, ciddi-ciddi düşünsəniz, yaxşı olardı. Yoxsa, sonrakı peşimançılıq fayda verməz.
Tanrı Azərbaycanımızı, onun şərəfli Silahlı Qüvvələrini qorusun.!"

Üzeyr Cəfərov, hərbi ekspert
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO