MTRŞ: Azərbaycana qarşı təxribata yol verən kanalların yayımı dayandırıla bilər

MTRŞ: Azərbaycana qarşı təxribata yol verən kanalların yayımı dayandırıla bilər

Hazırda oxunan: MTRŞ: Azərbaycana qarşı təxribata yol verən kanalların yayımı dayandırıla bilər

130127
Rusiyanın “Lifenews”x9d telekanalı Azərbaycana qarşı növbəti təxribatına Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib.
 
Şuranın aparat rəhbəri Toğrul Məmmədov Moderator.az-a açıqlamasında bildirib ki, hər hansı telekanal tərəfindən Azərbaycana qarşı qərəzli məlumat təkrar yayımlanarsa, həmin əcnəbi telekanalın kabel yayımı məsələsinə yenidən baxıla bilər:
 
“Adıçəkilən telekanalda da bu hallara təkrarlanarsa, həmin kanalın da yayımına təkrar baxılacaq, həmin telekanalın Azərbaycanda yayımı dayandırılacaq”x9d.
 
Qeyd edək ki, Rusiyanın “Lifenews”x9d telekanalı Tərtərdən reportaj hazırlayan kanal əhalinin rayon çıxışında toplaşdığını, onların evlərində deyil, ermənilərin hücumuna görə öz şəxsi avtomobillərində gecələdiyini iddia edib. Daha sonra sakinlərdən birindən müsahibə alan telekanal onun sözlərini rus dilinə tamam başqa variantda tərcümə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO