Ukraynada qadın batalyonlarının yaradılması Azərbaycanda da qadınlardan ibarət batalyonların yaradılması ideyasını aktuallaşdırmaqdadır.
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa Azərbaycanda
xüsusi qadın batalyonunun yaradılmasına zərurət duymadığını bildirsə də,
qadınların könüllülük prinsipi əsasında hərbi xidmətə cəlb olunmasını məqsədəuyğun
hesab etdiyini vurğuladı:
“Belə bir batalyonun yaradılmasına indiki şərtlərdə zərurət duymuram. Bununla belə İsraildə olduğu kimi, Azərbaycanda da qadınların könüllü şəkildə hərbi xidmətə çağırılması doğru addım olardı. Çünki qarşıda bizi həllini tapmamış Qarabağın geri qaytarılması problemi gözləyir. Kişili-qadınlı bu savaşda birlikdə Vətənin xilası üçün tər tökməliyik. Qadınlarımızın hərbi təlim görməsi təxirəsalınmaz işlərimizdən biri olmalıdır”x9d.

































































































