Tofiq İsmayılovun oğlu:

Tofiq İsmayılovun oğlu: "Nazirin işimlə bağlı iradı olmayıb"

Hazırda oxunan: Tofiq İsmayılovun oğlu: "Nazirin işimlə bağlı iradı olmayıb"

125932
Azərbaycan Respublikasının 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılov işdən çıxarılması haqqında yayılmış xəbərlərə münasibət bildirib. 

Moderator.az-a açıqlama verən Mir Heydər İsmayılov işdən çıxarılmadığını, öz xahişi ilə ayrıldığını bildirib: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyində tutduğum Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin  müdiri vəzifəsindən öz ərizəmlə azad edilmişəm. Nazir Ramin Quluzadənin mənim şəxsimlə və ya işimlə bağlı heç bir iradı olmayıb. İşdən öz ərizəmlə kənarlaşmağıma səbəb isə başqa bir işə keçməyimlə əlaqəlidir. Hələlik həmin işin nədən ibarət olacağını açıqlamaq istəmirəm. İnşaallah növbəti aydan yeni işimdə fəaliyyətə başlayacağam”x9d. 

Rumiyyə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO