"Cənub bölgəsində talışlar və türklər uzun müddətdir ki, olduqca mehriban yaşayırlar. Çoxlu insan bir-biri ilə yaxın qohumdur. Buradakı məktəblərdə aşağı siniflərdə talış dili tədris edilir, talışların öz dillərində kitabı, qəzeti çap olunur, El şənliklərində, elcə də televiziyada talış dilində mahnılar oxuyurlar".
Bunu Moderator.az-a açıqlamasında "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov bildirib.
Zahir Əmənov deyib ki, bütün bunlara baxmayaraq talışlar haqlı olaraq öz mədəniyyətlərini daha geniş təbliğ etmək üçün daha geniş meydan, məsələn, yerli televiziyada ən azı həftədə bir dəfə talış dilində verilişlər və sair istəyirlər: "Buna isə şərait yaradılmır. Qaldı ki, talış dilində televiziyanın olmasını normal sayıram. Amma belə verilişlərin Rusiya və İranın dəstəyi ilə edilməsi qəribə suallar doğurur. Çünki həmin ölkələrin heç vaxt turklərə böyük məhəbbəti olmayıb və belə verilişlər də əsasən xoş niyyətlərdən irəli gəlmir. Belə verilişlərə qarşı ən yaxşı "mübarizə" talışların və digər azsaylı xalqalrın arzu və istəklərinin hökumət səviyyəsində dinlənilməsi və onların reallaşdırılmasına yardımçı olmaqdır".
Xatırladq ki, 7 martda Moskvadan yayımlanan “Talışıstan Milli Televiziyası”x9d 18-ci buraxılışını təqdim edib. Talış separatçılarının liderləri Fəxrəddin Aboszada və İsmayıl Şabanov 27 fevral 2016-cı il tarixində İrəvanda "Azərbaycanın köklü xalqları" elmi konfransına internet vasitəsilə qoşulub dövlətimizin əleyhinə çıxışlar edib, ermənilərin regionda talışların əsas tərəfdaşı olduğunu, Rusiyanın, İranın da talışların mövqeyini müdafiə etdiklərini səsləndiriblər. Rusiya prezidentinin müşaviri vəzifəsində çalışan İsmayıl Şabanov müstəqil Talışıstan yaranmasının vacibliyindən danışıb.































































































