"Məmməd İsmayılla Səfər Alışarlı (şairlə yazıçı) məni yalan-böhtanla işdən çıxarmışdılar. Üç ay çəkən məhkəmə soruşdurması şairlə yazıçının cinayətinin üstünü açdı: onlar o çağlar kanselyariyada işləyən bir sıra adamları şantaj etməklə (işdən çıxarmaq qorxusuyla) mənə qarşı düzəltdikləri yalan-böhtan bəlgəsinə qol çəkdirmişdilər".xa0
Bunu Moderator.az-a açıqlamasında tanınmış jurnalist Xaliq Bahadır bildirib.xa0
Xaliq Bahadır deyib ki, məhkəmə onun işə bərpa olunması ilə bağlı qərar verib: "Bir daha vurğulayıram: bu şair-yazıçı cinayətinin üstü üç aylıq məhkəmə soruşdurmasının sonunda açıldı. Məhkəmənin qərarıyla mən işimə bərpa olundum, ancaq onda sədrliyə gətirilmiş Babək Hüseynoğlu çox istəsə də, işimə qayıtmadım. Şairlə yazıçının yalan-böhtan cinayətinə gəlincə, onları məhkəmənin doğruladığı bu cinayət faktıyla bağlı yenidən məhkəməyə verəcəkdim, hakimiyət dəyişdiyindən bunu özümə sığışdırmadım..."





























































































