Mərhum xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva “Bizimləsən”x9d verilişində açıqlama verib.
Moderator.az xəbər verir ki, G.Quliyeva bildirib ki, İ.Quliyeva bədbəxt qadın olub:
"Hələ də qəbul edə bilmirik ki, İlhamə yoxdur. Qızım zəng vurub mənə deyəndə, inanmadım. Dedim yəqin onu istəməyənlər yayıb bu xəbəri. Zəng etdim bacımqızına . Onunla danışandan sonra getdim evinə gördüm ki...Elə bildim ki, yatmışdı. İlhamə xanım neçə vaxtdır xəstə idi, özünə baxmırdı. Heç kimə icazə vermirdi ki, onu xəstə kimi qəbul etsin. Canı ağrısa da deyirdi ki, çox yaxşıyam. Deyirdim şəkərin var, bunu yemə. Deyirdi mənə olar, sənə olmaz. Özünü çox istəyirdi. Baxımlı xanım idi, amma xəstəliyini qəbul etmirdi. Ölümdən danışmağı isə sevmirdi. İlhamə xanım əziyyətli həyat yaşamayıb. Amma çox bədbəxt qadın idi. Xoşbəxt qadın deyildi".





































































































