Etibar Pirverdiyev öz klubunun işığını kəsdi...

Etibar Pirverdiyev öz klubunun işığını kəsdi...

Hazırda oxunan: Etibar Pirverdiyev öz klubunun işığını kəsdi...

123294
“Azərenerji”x9d ASC-nin prezidenti Etibar Pirverdiyev himayəsində olan Qusarın “Şahdağ”x9d futboluna qarşı qəribə addım atıb.

Pirverdiyev 5 aya yaxındır komandaya bir qəpik vermədiyi halda, bazanın işğını kəsib. Buna səbəb kimi isə klubun 1000 manat borcu səbəb göstərilib.

Saytın araşdırmasına görə, 2004-cü ildən “Azərenerji”x9d ASC prezidentinin himayəsinə keçən “Şahdağ”x9dda maliyyə vəziyyəti gündən-günə pisləşir. Hələ 2015-ci ilin yanvarında belə məlumatlar yayılmışdı ki, “Şahdağ”x9dı himayə edən Etibar Pirverdiyev qardaşı Vüqar Pirverdiyevi klubun idarəçiliyindən kənarlaşdırıb. Onun nəzarətindəki “Atlant”x9d şirkəti də Qusar klubunu maliyyələşdirməkdən məhrum edilib.

Etibar Pirverdiyev qardaşını və onun şirkətini “Şahdağ”x9ddan qovsa da, klubu əldən verməyib. Məlumata görə, “Azərenerji”x9d rəhbəri özünün “Azenco”x9d şirkətini kluba sponsor təyin edib.

Vüqar Pirverdiyevin gedişindən sonra kluba nəzarət Ərəstun Niftiyevə tapşırılıb. Elə bütün problemlər də bundan sonra başlayıb. “Atlant”x9dın dövründə komandanın maaşları vaxtlı-vaxtında verilsə də, indi futbolçular normal məvacib də ala bilmir.

Ötən ilin payızında Qusar klubunun yaydığı bəyanatda son durum üstüörtülü şəkildə də olsa, təsvirini tapıb: “Təəssüf hissi ilə bildirmək istəyirik ki, hazırda ”x9dŞahdağ”x9d tarixinin ən ağır günlərini yaşamaqdadı. Etiraf etməliyik ki, klubda ciddi maliyyə problemləri mövcuddu. Klubun iclasında rəhbərliyin qərarına əsasən, baş məşqçinin vəzifələrinin müvəqqəti icrası Şərəfəddin Məmmədova həvalə olunub.

Bununla yanaşı, bütün yerli oyunçular vəd ediblər ki, komandanı bu çətin günlərdə tərk etməyəcək və son nəfəsə qədər qalacaqlar. Iclasda iştirak edən veteran futbolçular ”“ Fair Əmirquliyev, Zahid Tayyibov və digərləri komandaya qayıdıb təmənnasız yardım edəcəklərini bildiriblər. Dəyərli azarkeşlər, bizi yaşadan və bizə stimul verən sizin dəstəyinizdi. Bu arada dəstəyinizə çox ehtiyacımız var. Gücümüzü birləşdirərək, Qusar futbolunu yaşadaq!

Əziz media nümayəndələri, “Şahdağ”x9d həmişə mətbuata böyük hörmətlə yanaşıb və bu yoldan dönməyəcək. Bu günlərdə sizin dəstəyiniz də bizim üçün çox önəmlidir. “Şahdağ”x9d zəngin tarixə malik olan bir klubdur. Bu il “Şahdağ”x9d 65 illiyini qeyd edir. Biz inanırıq ki, hamımız bir yerdə “Şahdağ”x9dı dəstəkləyərkən, komanda öz 100 illiyini qeyd edəcək”x9d.

Xəbərə görə, bu müraciətdən sonra da Pirverdiyevin nəzarətindəki klubun maddi durumunda heç bir yaxşılaşma qeydə alınmayıb. Üstəlik, “Şahdağ”x9dın maliyyə vəziyyəti daha da pisləşib.

İş hətta o yerə çatıb ki, Pirverdiyev “Şahdağ”x9da maliyyə ayırmaq bir yana, onun elektrik enerjisi borcuna görə işığını kəsib. Bu “Azərenerji”x9d rəhbərinin klubun himayəçiliyindən faktiki olaraq imtina etməsi kimi qiymətləndirilir.(unikal.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO