"O gün Azərbaycan rəhbərliyi iflic vəziyyətinə düşdü..." - VİDEO

Hazırda oxunan: "O gün Azərbaycan rəhbərliyi iflic vəziyyətinə düşdü..." - VİDEO

122697
Tanınmış jurnalist Sevinc Osmanqızı 20 noyabr 1991-ci il vertolyot qəzası ilə bağlı daha bir açıqlama ilə çıxış edib. Bu dəfə xanım jurnalist həmçinin, Qarabağ probleminin həlli prosesi ilə bağlı maraq doğuracaq bir video da paylaşıb.
Moderator.az Sevinc Osmanqızının yeni açıqlamasını və bu açıqlama ilə əlaqəli videonu təqdim edir: xa0
- Bunu mən demirəm, danışıqları aparan Ermənistan nümayəndə heyətinnin rəhbəri deyir. 1991-ci il noyabrın 22-də Azərbaycan və Ermənistan Dağlıq Qarabağdakı gərginliklə bağlı sülh sazişi imzalamalı idi. Qarabağ erməni yaraqlılarından təmizlənəcək, nəzarət təmin olunacaqdı. Müharibə olmayacaqdı. Azərbaycan əraziləri işğal edilməyəcəkdi. Amma bu, baş vermədi. Bundan düz 2 gün əvvəl, noyabrın 20-də vertolyot partladıldı. Azərbaycan rəhbərliyi iflic vəziyyətinə düşdü. Danışıqlar darmadağın oldu.
Kiməsə Azərbaycanla Ermənistanın müharibəyə cəlb olunması lazım idi. Kiməsə də hakimiyyətə gəlmək üçün Azərbaycan rəhbərliyini başsız qoymaq gərək idi. İzləyin, özünüz qərar verin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO