“İşbazlara, fürsətcillərə qarşı aparılan mübarizə bundan sonra da davam edəcək”x9d.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkilinin sözlərinə görə, süni qiymət artımına qarşı mübarizə fonunda görülən tədbirlərə rəğmən bu gün də yaranmış durumdan faydalanmağa çalışan bəzi işbazlar var ki, onlar nəzarətdən kənar şəkildə öz fəaliyyətlərini davam etdirməyə çalışırlar:
“Süni qiymət artımına yol
verən, mövcud durumdan yararlanaraq daha çox gəlir əldə etmək istəyən şəxslərə
qarşı mübarizə aparlır və bu mübarizənin nəticəsinin ilkin işartıları, müəyyən uğurları
var. Lakin bu gün də nəzarətdən kənar şəkildə fəaliyyət göstərmək istəyən fürsətçillər
mövcuddur ki, bu da onlaraq qarşı mübarizəni davam etdirilməsini zəruri edir.
Qiymətləri əsassız yerə
artıran, sui-istifadə hallarına yol verən iş adamlarına, işbazlarına qarşı
mübarizə ilə bağlı ölkə başçısının da müvafiq göstərişləri mövcuddur və hesab
edirəm ki, bu istiqamətdə atılan addımlar daha ciddi nəticələrin, daha böyük
uğurların əldə edilməsinə səbəb olacaq”x9d.
Seymur Əliyev





























































































