Son günlər manatın devalvasiyası və qiymət artımı fonunda bəz dövlət qurumlaırnın yarıtmaz fəaliyyəti anti-böhran tədbirləri çərçivəsində bu qurumlarla bağlı da müəyyən islahatların həyata keçirilməsini zəruri etməkdədir. Məhz bu səbəbdən də bəzi siyasilər bir sıra dövlət orqanları ilə yanaşı icra hakimiyyətləri ilə bağlı da ciddi yeniliklərin tətbiqini önəmli sayır. Bu dəyişikliklərdən biri kimi icra başçılarının seçki sonucunda seçilməsi, xalqın rəyi əsasında təyin edilməsi təklif edilir.
Təklif
müəlliflərinin fikrincə, icra başçısı postunun seçkili olması bu postda daha
layiqli, xalqın qayğısına qalan ,xalq tərəfindən sevilən şəxslərin təmsil
olunmasını təmin edə bilər.
Lakin
bu təklifin özü də bir sıra suallar doğurur. Azərbaycanda seçki yolu ilə kiminsə
hansısa vəzifəyə layiqliyini müəyyənləşdirmək mümkündürmü? Bu seçkilərin nəticəsi
obyektiv olacaqmı? Parlament və bələdiyyə seçkiləri ilə bağlı yaşananlar icra
başçısı postuna seçkilərlə bağlı ümidverici olmağa əsas verirmi?
Bununla
bağlı Moderator.az açıqlama verən VİP sədri Əli Əliyev hesab edir ki, dövlətin
idarəetmə fəlsəfəsinə yenidən baxmağa, bu fəlsəfəni təkmilləşdirməyə ehtiyac
var:
“Səsləndirilən
fikir bir qədər korrektə edilməlidir. Ölkədə inzibati-ərazi idarəçiliyi
sisteminə dəyişiklik zəruridir. Bu islahatlar, inzibati-ərazi şəbəkəsini, bələdiyyə-icra
hakimiyyətləri arasında səlahiyyət bölgüsünü əhatə etməlidir. Təbii ki, mərkəzləşdirilmiş
səlahiyyət yükünü yerlərlə bölüşməyə də ehtiyac duyulur. Bir sözlə, dövlətin
yönləndirmə fəlsəfəsinə yenidən baxmaq lazımdır, yəni yeni dövrə keçid üçün
yeni konstitusiya lazımdır. Mövcud Ana qanun və ondan törəyən hüquqi aktlar,
hakimiyyətin aşırı şəkildə bir əldə toplanmasını nəzərdə tutur. Yeri gəlmişkən,
VİP müvafiq işçi qrup yaradaraq, sədrin məsləhətçisi Ramil Rüstəmovun rəhbərliyi
altında yeni redaksiyada Konstitusiya layihəsinin hazırlığına start verib.
Fikrimizcə, cəmiyyət yaşadığı ictimai fəsadların hüquq köklü olmasını duymalı,
vəziyyətdən çıxış yolunu fərq etməlidir. İçində olduğumuz böhranın aradan
qaldırılması yolunda, yerlərdəki mövcud idarəçilik sisteminin təkmilləşdirilməsi
mühüm yerlərdən birini tutur.
Yanvar
ayında bölgələrdə baş verən xaotik etiraz dalğasının tərkibində, bölgələrdəki
administrasiyaların yarıtmazlıq payı da mövcuddur. Bəzi hallarda icra
başçılarının zahiri görünüşündən belə diksinmək olur. İntellektdən təmamilə məhrum
belə sifət sahibləri, böyük rayonları kəndxuda timsalı idarə etməyə, əhaliyə rəiyyət,
qul-qaravaş nümunəsində yanaşır. Regional YAP təyinatlıları, mərkəzdə iqtidar əhaliyə
hansı münasibətdədirsə, yerdəkilər ondan daha eybəcər və aşağılayıcı münasibət
sərgiləyirlər. Bizə görə, bələdiyyələrlə icra hakimiyyətləri arasında birincilərin
xeyrinə səlahiyyət bölgüsü aparılmalı, bələdiyyələrin gəlirləri və maliyyə imkanları
yüksəldilməli, səlahiyyələri genişləndirilməlidir. İcra hakimiyyəti qurumları mərkəzi
hakimiyyət institutlarının qəbul etdiyi qanun və hüquqi mahiyyətli digər
direktiv sənədlərin icrasına nəzarəti həyata keçirməlidir. Bələdiyyələr konkret
inzibati vahidin əhalisi tərəfindən demokratik qaydada seçilməli və insanların
etimadına sahib olmalıdırlar. Təbii ki, bu məsələni daha geniş şəkildə şərh etmək
mümkündür.
Sonda
onu qeyd etmək istəyirəm ki, bu günkü iqtidar yanaşması ilə belə əsaslı irəliləyişin
baş tutmasına inanmıram. Çünki hakimiyyət etdiklərini “Nəyi etsək, yaxşı olar”x9d
məntiqindən deyil, “Hakimiyyəti necə saxlayaq”x9d ideyasından çıxış edirək, həyata
keçirir. Bir çox hallarda isə ictimai maraqlarla qrup maraqları bir-birinə
ziddiyyət təşkil edir. Hal-hazırda cəmiyyətimiz məhz bu mərəzdən əziyyət çəkir.
Ölkə dərin iqtisadi, maliyyə, məmur kriminalı böhranı yaşadığı bir vaxtda,
hakimiyyət komandası dəyişmir, böhranın müəllifləri iş başındadır. Eyni ilə bu
düşüncədən regional menecmentdə də hansısa dəyişikliyi gözləmirəm. Bizim tək
pulumuz deyil, hakim komandamız da devalvasiya edib, sadəcə olaraq bu halda
Milli Bank olmalı Xalq, hələlik təşkil olunmayıb. Təşkilatçılıq baş tutan kimi
meydanlarda hakimiyyət devalvasiyasının qərarını oxuyacaq. Təbii ki, heç bir dəyişiklik
olmasa, bu hadisənin baş verməsi gecikməyəcək”x9d.
Seymur Əliyev
































































































