Fazil Mustafa Günayın müdafiəsinə qalxdı:

Fazil Mustafa Günayın müdafiəsinə qalxdı: "Əcəb edib türkcə danışıb"

Hazırda oxunan: Fazil Mustafa Günayın müdafiəsinə qalxdı: "Əcəb edib türkcə danışıb"

117943

"Bu Azerbaycanda hansı absurdları yaşamadıq görəsən? Məsələnin məğzi budur ki, ATV-nin "Bu stil mənim" verilişində model Günay Musyeva Anadolu türkcısində danışaraq qanunvericiliyin tələblərini pozub. Bizin dövlet dilimiz Azərbaycan dilidir, bu Azərbaycan dili də özbəöz türk dilidir. Siyasi səbəblərdən bu dili Azerbaycan dili olaraq təqdim edirlər və hər zaman arzumuz bu olub ki, nəhayət ki, bütün insanlarımız öz dilini həm də öz adı ilə çağırmağa başlayacaqlar. Dilimizin qorunması rus, fars, ingilis, ərəb, fransız dillerinə qarşı düşünülə bilər, ancaq türk dilindən dilimizi qorumağın adını şəxsən bəndəniz tapmaqda çətinlik çəkir. Sözümün kəsəsi, həmin o model kimdirsə, əcəb edib Anadolu türkcesində danışıb, Azerbaycan türklerindən kimin imkanı varsa, onlar da Türkiyə telekanallarına çıxıb mütləq Azərbaycan türkcesində danışsın. Danışa-danışa süni surətde ayrılmış bu dillərimizə bir-birimizi alışdıraraq vahid türk dili yarada bilək. Qanunu bəhanə edərək dilimizi öz qardaş ölkəmizin türkcəsindən qorumaq mənasız ve faydasız bir işdir. Qanundan da ucada bizim milli kimliyimiz dayanır. Kimliyimizin də əsas atributu dildir. Son vaxtlar bizi Türkdən və Türk dilindən qorumağa çalışanların sayı artmaqdadır, ancaq unutmayın ki, 1918-ci ildə bizləri ermeni-rus vəhşətindən xilas etməyə də o türk gəlmişdi. Bizimlə eyni dildə danışan o TÜRK!"

Fazil Mustafa, millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO